Icma.az
close
up
RU
Bu gün Xəqani Bağırovun 80 yaşı tamam olacaqdı FOTO

Bu gün Xəqani Bağırovun 80 yaşı tamam olacaqdı FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının tanınmış nümayəndəsi Xaqani Bağırovun anadan olmasının 80 illiyi qeyd olunur.

Milli.Az xəbər verir ki, Gəncə şəhərində doğulan Xaqani müəllim Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirmiş, daha sonra Energetika İnstitutunda və "Azneftstroyremont" trestində çalışmışdır. Onun xüsusi xidmət orqanlarında fəaliyyəti isə 1968-ci ildə Naxçıvan MSSR-də KQB-nin əməliyyat müvəkkili vəzifəsi ilə başlamışdır. Onun bu sahəyə gəlişi təsadüfi deyildi - atası Akif Bağırov da KQB əməkdaşı olmuşdur.

Xaqani Bağırov SSRİ dövründə KQB-nin müxtəlif məsul vəzifələrində, o cümlədən I şöbədə - yəni xarici kəşfiyyatda çalışmış, müstəqil Azərbaycanın formalaşma dövründə, 1992-ci ildə Dövlət Sərhəd Mühafizəsi Komitəsinin sədr müavini təyin olunmuşdur. 1993-cü ildən etibarən isə əsir və itkin düşmüş şəxslərlə bağlı Dövlət Komissiyasının işçi qrupuna rəhbərlik etmişdir.

1995-ci ildən etibarən fəaliyyətini Milli Təhlükəsizlik Nazirliyində davam etdirən Bağırov 2007-ci ilə qədər bu qurumun Arxiv İdarəsinin rəhbəri olmuşdur.

O, yalnız təhlükəsizlik orqanlarında deyil, elmi və publisistik sahədə də fəaliyyət göstərmişdir. "Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi" dərsliyinin həmmüəllifi, jurnalist Ruqiyyə Əliyevanın tədqiqatlarına redaktor və məsləhətçi kimi töhfələr vermişdir.

Ətrafında onu tanıyanlar Xaqani müəllimi mehriban dost, ailəcanlı insan, gözəl natiq və zarafatcıl bir şəxsiyyət kimi xatırlayırlar. Onun ən yadda qalan cəhətlərindən biri isə, həyatın bütün çətinliklərinə rəğmən, sarsılmaz nikbinliyi olub. Hətta ağır xəstəliklə mübarizə apardığı dövrdə belə, bu xüsusiyyəti ilə ətrafına ruh verə bilmişdir.

Yaşasaydı bu gün Xaqani Bağırovun 80 yaşı tamam olardı. 

Zəngin və mənalı ömür yolu keçmiş kəşfiyyatçının bu gün həyatda olmaması həmkarlarını, xüsusilə əzizlərini çox məyus etsə də, Xaqani Bağırovu tanıyanlar onunla bağlı xoş təəssüratları, səmimi xatirələri hər zaman ürəklərində yaşadırlar...

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri