Bu gün Yasamalın bəzi əraziləri işıqsız qalacaq
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. SİA xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 1-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqələrində (TM) təmir işləri aparılacaq.
Bununla əlaqədar rayonun Bəxtiyar Vahabzadə, Məhəmməd Hüseyn Şəhriyar, Süleyman Dadaşov və Şəfayət Mehdiyev küçələrində, həmçinin İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilib.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 01 Oktyabr 2026 06:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















