Bu gündən avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək. Ötən gün təhlükəsizlik məqsədilə avtobusların fəaliyyətinə tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində çalışır.
AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb.
Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar avtobusların fəaliyyətində məhdudiyyətlər ola bilər.
Sərnişinlərdən müvəqqəti məhdudiyyətləri anlayışla qəbul etmələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Fevral 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















