Icma.az
close
up
RU
Bu gündən gömrüklə bağlı yeni qaydalar qüvvəyə minir

Bu gündən gömrüklə bağlı yeni qaydalar qüvvəyə minir

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafiq qanun sentyabrın 3-dən qüvvəyə minib.
Qanuna əsasən, malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi fiziki şəxslər tərəfindən təqdim edilən sadələşdirilmiş bəyannamə və gömrük orqanları tərəfindən tərtib olunan akt əsasında həyata keçiriləcək.
Malların müvəqqəti saxlanc anbarlarında qalma müddəti onların xüsusiyyətləri nəzərə alınmaqla gömrük orqanları tərəfindən 1 aydan çox olmayan müddətdə müəyyən ediləcək.
Fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən artıq gətirilən və təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan qida məhsullarının müvəqqəti saxlanc anbarında yerləşdirilməsinə yol verilməyəcək. Bu halda mallar şəxsin seçimi əsasında gömrük ərazisindən geri qaytarılmalı, yaxud gömrük orqanının vəzifəli şəxsinin iştirakı ilə məhv edilməlidir.
Gömrük ərazisinə gətirilməsi qadağan edilən malları gömrük ərazisindən dərhal çıxarmaq mümkün olmadıqda həmin malların müvəqqəti saxlanc anbarında saxlanc müddətinin son həddi 3 sutkadır.
Malların müvəqqəti saxlanc anbarında qalma müddətində fiziki şəxslər aşağıdakı hüquqlara malikdirlər:
tələb olunan gömrük ödənişlərini ödəməklə, həmçinin “Lisenziyalar və icazələr haqqında” Qanununda nəzərdə tutulduqda müvafiq lisenziya və ya icazə sənədini təqdim etməklə malları götürmək;
malları gömrük ərazisindən geri qaytarmaq;
mallardan dövlətin xeyrinə imtina etmək.
Malların müvəqqəti saxlanc anbarında saxlancına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə gömrük yığımı ödəniləcək.
Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi barədə aktın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
Müvəqqəti saxlanc bəyannaməsi
Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında yerləşdiriləcək.
Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sənədlər müvəqqəti saxlanc bəyannaməsi ilə birgə təqdim ediləcək.
Müvəqqəti saxlanc bəyannaməsi malları gömrük ərazisinə gətirmiş şəxs, onun adından çıxış edən şəxs, mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs, malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs, saxlanc yerlərinin sahibi və ya sərbəst zonada fəaliyyət göstərən şəxslərdən biri tərəfindən mallarla birlikdə gömrük orqanına təqdim ediləcək.
Müvəqqəti saxlancın tətbiqi üçün zəruri olan məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsi və ya onu əvəz edən nəqliyyat sənədləri, həmin məlumatların tamlığından asılı olaraq müvəqqəti saxlanc bəyannaməsi kimi qəbul ediləcək.
Müvəqqəti saxlanc bəyannaməsindən aşağıdakı hallarda istifadə ediləcək:
barəsində məcburi qərar qəbul edilmiş malların gömrük ərazisinə gətirilməsinin təsdiq edilməsi zamanı;
malların gömrük orqanlarına təqdim edilməsi zamanı;
müvəqqəti saxlancda yerləşdirilmiş malların digər gömrük proseduru altında yerləşdirilməsi və ya təkrar ixrac edilməsi zamanı.
Tranzit xüsusi gömrük proseduru altında daşınan xarici malların müvəqqəti saxlancda yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən müvəqqəti saxlanc bəyannaməsi kimi tranzit sənədi qəbul ediləcək. Tranzit xüsusi gömrük proseduru başa çatdıqdan sonra müvəqqəti saxlanc bəyannaməsi veriləcək.
Aşağıdakı abzasda nəzərdə tutulmuş hallar istisna olmaqla bəyannaməçinin müraciəti əsasında gömrük orqanlarına təqdim edilmiş müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə veriləcək. Müvəqqəti saxlanc bəyannaməsində edilən düzəlişlər əvvəlcədən onun əhatə etmədiyi mallara tətbiq oluna bilməz.
Aşağıdakı hallarda gömrük orqanlarına təqdim olunmuş müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə verilməyəcək:
gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra;
gömrük orqanları müvəqqəti saxlanc bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra.
Müvəqqəti saxlanc bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 1 ay ərzində gömrük orqanlarına təqdim edilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək.
Malların müvəqqəti saxlanca yerləşdirilməsinə dair şərtlər və öhdəliklər
Xarici malların müvəqqəti saxlancı idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında, habelə gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərində və gömrük nəzarəti altında həyata keçiriləcək. Gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerləri saxlanc anbarlarına dair tələblərə cavab verməlidir.
Gömrük orqanları mal sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər.
Müvəqqəti saxlancda yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi işləmə formalarına məruz qala biləcəklər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilməyəcək.
Müvəqqəti saxlanc anbarlarının və saxlanc yerlərinin sahibi aşağıdakılara görə cavabdehdir:
müvəqqəti saxlancda yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına;
malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə.
Malları müvəqqəti saxlanc anbarında saxlamaq mümkün olmadıqda, müvəqqəti saxlancda qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilmədikdə və ya təkrar ixrac olunmadıqda həmin mallar barəsində müəyyən edilmiş qaydada sərəncam veriləcək.
Gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daxili malların müvəqqəti saxlanc anbarında saxlanılmasına icazə verəcək.
Gömrük orqanlarının razılığı ilə müvəqqəti saxlancda olan mallar gömrük nəzarəti altında müxtəlif müvəqqəti saxlanc anbarları arasında daşınacaq.
Müvafiq icra hakimiyyəti orqanı müvəqqəti saxlanc anbarlarının, o cümlədən gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərinin siyahısını nəşr edəcək, rəsmi internet informasiya ehtiyatında yerləşdirəcək və məlumatların daimi yenilənməsini təmin edəcək.
Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Malların müvəqqəti saxlancda qalma müddəti
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla malların müvəqqəti saxlancda qalma müddəti 4 aydan çox olmamalıdır.
Malların müvəqqəti saxlancda qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri və gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən ediləcək. Müvəqqəti saxlanc bəyannaməsini təqdim etmiş şəxsin əsaslandırılmış müraciəti olduqda gömrük orqanı həmin müddəti yuxarıdakı abzasda göstərilən müddət çərçivəsində uzadacaq.
Mallar müvəqqəti saxlancda qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya təkrar ixrac olunmalıdır.
Qeyd edək ki, bu qanun layihəsi ilk dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 29-da keçirilən iclasında təqdim edilib.
İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirilib ki, layihənin əsas məqsədləri sırasında Azərbaycanın tranzit potensialının daha da inkişaf etdirilməsi, etibarlı tərəfdaşlıq institutunun təşviqi, gömrük əməliyyatlarında sadələşdirmələrin genişləndirilməsi, habelə gömrük nəzarətində müasir və çevik yanaşmaların tətbiqi xüsusi yer tutur.
Tranzit potensialının inkişaf etdirilməsi ilə bağlı yeniliklərdən danışan Şahin Bağırov multimodal daşımalarda “bir elektron bəyannamə” prinsipinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, beynəlxalq tranzit sistemlərinə inteqrasiya və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması kimi yeniliklər də Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.
Layihədə etibarlı tərəfdaşlığın təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklərdən bəhs edilərkən Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi barədə məlumat verilib.
Gömrük əməliyyatlarında sadələşdirmələrlə bağlı təklif olunan yeniliklər sırasında inzibati aktların elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, eləcə də Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi xüsusi qeyd olunub.
Vurğulanıb ki, bu dəyişikliklər inzibati proseslərin legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda, gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, gömrük nəzarəti formalarının həyata keçirilməsi üzrə ayrıca qaydanın hazırlanması, həmin qaydalarda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət mexanizmlərinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.
Vurğulanıb ki, Gömrük Məcəlləsinin yeni redaksiyası gömrük tənzimlənməsinin daha çevik, şəffaf və biznesyönümlü modelə keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkilinə, ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacaq.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Sentyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see387

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see254

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see249

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see246

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see233

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see222

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see217

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see214

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see212

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see206

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see205

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see204

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see203

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see200

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see198

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see196

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see196

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see196

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see178

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri