Bölgələrdə Zəfər təntənələri
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
8 Noyabr Zəfər Günü ilə bağlı şəhər və rayonlarda ağacəkmə aksiyaları keçirilir
Salyan
Aksiya çərçivəsində Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yol kənarlarına müxtəlif növ ağac tingləri və dekorativ kol bitkiləri əkilib.
Yaşıllaşdırma tədbirinin əsas məqsədi ətraf mühitin mühafizəsinə dəstək olmaq, ekoloji tarazlığın qorunmasına töhfə vermək və rayon ərazisində yaşıllıq sahələrini genişləndirməkdir.
Qeyd olunub ki, Zəfər Günü ərəfəsində keçirilən belə ekoloji aksiyalar xüsusi mənəvi və ictimai əhəmiyyət daşıyır. Bu tədbirlər Azərbaycanın Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin qorunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir.
Rayonda keçirilən ağacəkmə aksiyası həm Zəfər Gününün mənəvi mahiyyətinə ehtiramın, həm də təbiətin qorunması və gələcək nəsillər üçün daha sağlam ekoloji mühitin yaradılması istiqamətində görülən işlərə verilən töhfənin bariz nümunəsidir.
Sabirabad
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Hacıqabul–Bəhrəmtəpə–Horadiz avtomobil yolunun Bulaqlı kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində yol kənarında 1,2 hektar ərazini əhatə edən sahədə 5 min 700 ədəd müxtəlif növ ağac tingi əkilərək yaşıllıq zolağı salınıb. Əkilən ağaclar arasında alyandra, evkalipt, xan çinarı, zeytun, eləcə də heyva və nar tingləri yer alıb. Aksiya zamanı yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Füzuli
Zəfər Günü ərəfəsində rayonda şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının iştirakı ilə “Zəfər süfrəsi – Qəhrəmanlara ehtiram” adlı toplantı keçirilib.
Məclisdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
Daha sonra şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları çıxış edərək Vətən müharibəsində qazanılmış tarixi Qələbənin xalqımızın həyatında tutduğu əvəzsiz yerdən danışıblar.
Şəhid anaları çıxışlarında övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlıqla qürur duyduqlarını bildiriblər. Onlar şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, ailələrinə göstərilən diqqət və qayğının özləri üçün böyük mənəvi dayaq olduğunu vurğulayıblar.
Şəhid ataları isə Vətənə layiqli övlad yetişdirməyin hər bir valideyn üçün böyük qürur olduğunu qeyd edərək şəhidlərin adlarının və qəhrəmanlıqlarının gələcək nəsillərə örnək kimi çatdırılmasının vacibliyini diqqətə çatdırıblar.
Qax
8 Noyabr Zəfər Günü münasibətilə Qax rayonunda ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında rayon rəhbərliyi, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, əmək kollektivləri və ictimaiyyət nümayəndələri iştirak edib. Aksiya çərçivəsində rayonun avtomobil yollarının ətrafında, yaşayış məntəqələrində, park və sosial obyektlərin həyətlərində müxtəlif növ ağac və kol bitkiləri əkilib.
Qax–Qaşqaçay–Armudlu və Qorağan–Qax–Zaqatala avtomobil yollarının ətrafında, eləcə də rayonun digər yaşayış məntəqələrində həyata keçirilən yaşıllaşdırma işləri zamanı 600 ədəd meşə ağacı, 600 ədəd qoz, 400 ədəd fındıq, 400 ədəd dekorativ kol və 800 ədəd digər meyvə ağacı olmaqla, ümumilikdə, 2800 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Ağacəkmə aksiyası yalnız ərazilərin yaşıllaşdırılması deyil, həm də Zəfər Gününün tarixi və mənəvi mahiyyətinə uyğun olaraq quruculuq, inkişaf və gələcək nəsillərə sağlam ətraf mühitin ötürülməsi ideyasının təcəssümüdür.
İlqar HƏSƏNOV,
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbirləri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 07 Noyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















