Bu günün işini sabaha qoyanlar: Psixoloq onların sirrini açır
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
İnsanların gündəlik işlərini, vacib qərarlarını və məsuliyyətlərini təxirə salması cəmiyyətdə tez-tez rast gəlinən hallardandır.
Bəzən bu davranış tənbəllik kimi qiymətləndirilsə də, əslində onun arxasında uğursuzluq qorxusu, stress, mükəmməlliyyətçilik və emosional gərginlik kimi müxtəlif psixoloji amillər dayana bilər. İnsan görməli olduğu işin vacibliyini dərk etsə də, onu təxirə salır, son tarix yaxınlaşdıqda isə narahatlıq və təzyiq daha da artır. Bu vəziyyət uzun müddət davam etdikdə, həm iş və təhsil həyatına, həm də insanın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.
Bəs davamlı təxirəsalma davranışı niyə yaranır və insan bu vərdişdən necə qurtula bilər?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, prokrastinasiya (təxirəsalma davranışı) sadəcə tənbəllik deyil. İnsan çox vaxt gördüyü işdən deyil, dəyişiklikdən və yaratdığı narahatlıqdan qaçır:
“Komfort zonası isə rahatlıqdan çox, insanın öyrəşdiyi davranışların məcmusudur. İnsan nəticəsindən narazı qaldığı həyat tərzini belə dəyişmək istəmir, çünki tanış olan çətinlik naməlum olan dəyişiklikdən daha təhlükəsiz görünür. Beləliklə, təxirəsalma qısamüddətli rahatlıq yaradır, lakin uzunmüddətli stressi və özünə qarşı narazılığı artırır.
Uğursuzluq qorxusu insanı başlamaqdan, mükəmməlliyyətçilik işi ideal görmədiyi üçün tamamlamaqdan, stress isə mövcud gərginliyi azaltmaq üçün məsuliyyətdən yayınmağa sövq edir. Bu dövrəni qırmaq üçün böyük hədəflər müəyyənləşdirməkdən daha çox, konkret plan qurmaq və onu icra etmək lazımdır. İnsan başlanğıc nöqtəsini müəyyənləşdirməli, işi kiçik mərhələlərə bölməli və ilk addımı atmalıdır. Motivasiya gözləmək əvəzinə hərəkətə keçmək vacibdir”. Psixoloq qeyd edib ki, insan başlamaq üçün hazır olmağı gözlədikcə təxirəsalma davam edir:
“Dəyişiklik isə hazır olduğun anda deyil, hərəkətə keçdiyin anda başlayır”.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:172
Bu xəbər 09 Oktyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















