Sonsuzluğun simfoniyası... Foto
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Ankaranın Türk Dövlətləri Mədəniyyət Parkındakı Azərbaycan pavilyonunun önündə “Sonsuzluğun simfoniyası” adlı monumental kompozisiya ucaldılıb.
Axşam.az xəbər verir ki, Əməkdar rəssam Rəşad Mehdiyevin müəllifi olduğu əsər cilalanmış paslanmayan poladdan hazırlanıb. Müasir monumental plastika nümunəsi olan kompozisiya Azərbaycanın milli kimliyini, zəngin mədəni yaddaşını və mənəvi varislik ənənələrini təcəssüm etdirir.
Fəzada kəsişən spiralvari formalardan qurulan kompozisiyada Azərbaycan ornamental sənətinin səciyyəvi motivləri - buta, od rəmzi və Xəzər dalğalarının plastikası əksini tapır. Mərkəzdəki DNT-nin qoşa spiral modeli genetik yaddaşın qorunmasını və milli mədəni kodun əbədiliyini, dövri quruluş isə “Əbədiyyət düyünü” ideyasını simvolizə edir. Dekorativ naxışlarda Qarabağ və Şirvan xalçaçılıq məktəblərinin, eləcə də Azərbaycan memarlıq irsinin bədii elementlərindən istifadə olunub.
Cilalanmış polad səthin güzgü effekti əsərlə ətraf mühit arasında vizual əlaqə yaradır. Kompozisiya Azərbaycanın mədəni irsini müasir sənət dili ilə təqdim etməklə yanaşı, Şərqlə Qərb arasında mədəni körpü ideyasını da ifadə edir.
Baxış sayı:74
Bu xəbər 17 Noyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















