Icma.az
close
up
RU
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”

“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda noyabrın əvvəlində keçirilməsi planlaşdırılan 33-cü Avropa Ravvinlər Konfransının (CER) ləğvi müxtəlif reaksiyalara səbəb olub. Hadisənin təşəbbüskarı və təşkilatçısı Azərbaycan olmasa da, bəzi dairələr bu məsələni siyasi rəngə boyamağa çalışır. Dini tolerantlıq və mədəniyyətlərarası dialoq ənənələri ilə tanınan Azərbaycanın adının bu şəkildə manipulyasiyaya cəlb edilməsi ictimaiyyətdə narahatlıq yaradıb.

Mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayevanın fikirlərini öyrəndik.

Politoloqun bildirdiyinə görə, baş verənlər Azərbaycana qarşı məqsədli informasiya təxribatının bir hissəsidir və hadisənin arxasında ölkənin müstəqil siyasətini gözdən salmaq istəyən qüvvələr dayanır: “Bu hadisə göstərir ki, Bakıda keçirilməsi planlaşdırılan 33-cü Avropa Ravvinlər Konfransının ləğvi Azərbaycanın təşəbbüsü ilə baş verməyib və ölkənin bu qərarla heç bir əlaqəsi yoxdur. Əksinə, Azərbaycan uzun illərdir ki, dini tolerantlıq və mədəniyyətlərarası dialoq baxımından nümunəvi ölkə kimi tanınır, belə tədbirlərin keçirilməsi onun imicinə tam uyğun gəlir. “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəylinin fikirləri də bu mövqeyi gücləndirir: Azərbaycan üçün bu tip konfranslar adi hadisədir, çünki burada müxtəlif dinlər və mədəniyyətlər qarşıdurma deyil, harmoniya şəraitində mövcuddur. Təəssüf ki, bu dəfə məsələ siyasi manipulyasiya predmetinə çevrilib”.

Z.Qarayeva vurğulayıb ki, xüsusilə, Türkiyədəki bəzi qüvvələrin, o cümlədən Doğu Perinçəyin və onun arxasında dayanan dairələrin bu məsələni Azərbaycan–Türkiyə münasibətlərinə zərbə vurmaq üçün istifadə etməyə cəhd göstərməsi diqqət çəkir: “Perinçəyin iddialarının əsassız olması və Kremlin təsirində hərəkət etməsi, bu kampaniyanın məqsədli xarakter daşıdığını göstərir. Nəticə etibarilə, bu hadisə Azərbaycanın deyil, onun əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır. Bakı tolerantlıq siyasətini davam etdirəcək, dinlərarası dialoq və birgəyaşayış prinsiplərinə sadiq qalmaqla belə manipulyasiyaların təsirinə düşməyəcək”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Oktyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri