Icma.az
close
up
RU
Bu halda cərimələrə güzəşt olunacaq Yeni sistem

Bu halda cərimələrə güzəşt olunacaq Yeni sistem

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cərimələrə yeni güzəştlər tətbiq oluna bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.  

Layihədə Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan 45-1-ci maddəyə əsasən inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarına köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə “İCMAL” informasiya sisteminin yaradılması təklif edilir. Belə ki, “İCMAL” informasiya sistemində inzibati xətalar haqqında protokolların və qərarların (qərardadların) unikal nömrə verilməklə real vaxt rejimində və avtomatlaşdırılmış qaydada izlənilməsi nəzərdə tutulur. Buna görə də layihəyə əlavə edilməsi nəzərdə tutulan 45-2-ci maddədə səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqinda protokollar və qərarlar (qərardadlar) barədə məlumatların “İCMAL” informasiya sisteminə ötürülməsi təklif edilir.

Protokollara və qərarlara (qərardadlara) unikal nömrə verildikdən sonra “İCMAL” informasiya sistemi tərəfindən səlahiyyətli orqanların informasiya sisteminə ötürülür. “İCMAL” informasiya sisteminin tətbiqi gələcəkdə inzibati xətalar haqqında işlər üzrə operativliyin, hesabatlılığın və şəffaflığın təmin edilməsi ilə nəticələnəcək.

Eyni zamanda layihəyə əlavə edilməsi nəzərdə tutulan 57-1-ci maddədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması formalarından bəhs olunub. Bundan başqa, 16-1-ci fəslin adının və həmin fəsildə əks olunan 127-3-cü və 127-4-cü maddələrin yeni redaksiyada verilərək təkmilləşdirilməsi nəzərdə tutulur.

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 150.11-ci və 150.14-cü maddələrinin tələblərinə uyğun olaraq, yol hərəkəti qaydaları, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları, həmçinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.

Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə əlavə edilməsi nəzərdə tutulan 150.1-1-ci maddəyə əsasən bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq edilir.

Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklər də nəzərdə tutulur.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:291
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 May 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri