Icma.az
close
up
RU
Bu halda karta vəsaitin daxil olması qeyri formal məşğulluq kimi qiymətləndirə bilər Ekspert

Bu halda karta vəsaitin daxil olması qeyri formal məşğulluq kimi qiymətləndirə bilər Ekspert

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Dünən Milli Məclis büdcə paketinə daxil olan qanun layihələrini üçüncü oxunuşda qəbul edib. Onların sırasında "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər də var".

"Unikal" xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, "Məşğulluq haqqında" qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər:

"15-2.2.4-cü maddə isə bundan sonra belə redaksiyada olacaq:  “bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü və 15-2.2.3-1-ci maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Bu o deməkdir ki, sığorta haqqını aşağıdakı şəxslər ödəməlidir: 1) işçi üçün (əmək və ya mülki müqavilə əsasında) onun işəgötürəni; 2) sahibkar üçün özü; 3) qeyri-formal məşğul şəxs üçün özü; 4) qalanları üçün dövlət. Göründüyü kimi, burada deyilmir ki, işsizlər sığorta haqlarını özləri ödəməlidir. Yeganə yenilik qeyri-formal məşğul şəxslərlə bağlıdır. Ajiotaj da bununla bağlı idi. İşsiz və qeyri-formal məşğul şəxs – tam fərqli şeylərdir. İşsiz heç bir gəliri olmayandır. Qeyri-formal məşğul şəxs isə "Məşğulluq haqqında" qanunun mənasına görə (1.1.9, 1.1.12, 30-32-ci maddələr) vergi və digər məcburi ödənişlərdən yayınaraq qeyri-rəsmi gəlir əldə edəndir. Yəni, qanunu pozan şəxsdir. Qanunun 30.5-ci maddəsində birbaşa deyilir: "Qeyri-formal məşğulluq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Dövlətin isə işi elə odur ki, belə şəxsləri müəyyən edib məsuliyyətə cəlb etsin.

Bu mənada qeyri-formal məşğul şəxsdən, yəni, qeyri-leqal fəaliyyətlə məşğul olan şəxsdən leqal ödənişin (sığorta haqqının) ödənilməsini tələb etmək absurddur! Vergidən və digər məcburi ödənişlərdən ona görə yayınır ki, gəlib sığorta haqqı ödəsin? Dövlət qeyri-formal məşğulluq hallarını müəyyən etməli və ilk növbədə həmin şəxslərdən vergi tutmalı, həmçinin fəaliyyətin leqallaşdırılmasını tələb etməlidir. Həmin leqal fəaliyyətdən də sığorta haqqı ödənilməlidir. Qeyri-formal məşğulluq sahibkarlıqla bağlıdırsa, həmin şəxs özü ödəməlidir, əks halda, işəgötürən rəsmi müqavilə bağlayıb ödəməlidir".

Ekspert bildirib ki, şəxsin işsiz olması o demək deyil ki, qeyri-formal məşğuldur: "Məsələn, evdar qadın əlbəttə ki, məşğuldur, ev işləri, uşaq tərbiyəsi ilə məşğuldur, amma bu, qeyri-formal məşğulluq deyil. Ümumiyyətlə, qeyri-formal məşğulluq halını dövlət sübut etməlidir, əks halda, təqsirsizlik prezumpsiyasına əsasən rəsmi gəliri olmayan hər kəs işsiz hesab olunur və dövlət onun sığorta haqqını ödəməlidir".

Ə.Həsənov qeyd edib ki, növbəti ildən qurumlar qeyri-formal məşğulluq hallarını müəyyən etməyə çalışacaq: "Məsələn, şəxsin kart hesabına vəsaitin daxil olmasını qeyri-formal məşğulluq kimi qiymətləndirə bilər. Yaxud da “ƏDV geri al”dan istifadə edəni qeyri-formal məşğul hesab edəcək: gəlirin yoxdursa, alış-verişini nə ilə edirsən? Əlbəttə, savadlı vətəndaş bu suallara asanlıqla cavab verə bilər: Məsələn, pulu yaxın qohumum verib, babamdan qalıb və s. Yaxın qohumların hədiyyə etməsi vergitutma obyekti deyil".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Dekabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri