Bu halda xarici banklardan kredit götürə bilırsiniz
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yerli sahibkarların və fiziki şəxslərin xarici banklardan kredit əldə edib-etməməsi məsələsi cəmiyyətdə maraq doğuran mövzulardandır. Qlobal maliyyə imkanlarının genişləndiyi bir dövrdə bu cür kreditlərin hüquqi və praktiki tərəfləri xüsusi aktuallıq kəsb edir. Bəs, yerli sahibkarlar və ya fiziki şəxslər xarici banklardan kredit ala bilərlərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qanunvericilik baxımından buna heç bir məhdudiyyət yoxdur.
Ekspertin sözlərinə görə, istənilən şəxs xarici bankdan kredit ala bilər:
“Qanunla hər hansı qadağa mövcud deyil. Lakin praktikada xarici banklar bu cür kreditləri asanlıqla vermirlər. Necə ki, yerli banklar xarici vətəndaşlara kredit verməyə ehtiyatla yanaşır, eyni vəziyyət xarici banklarda da mövcuddur.”
Əkrəm Həsənov qeyd edib ki, əsas çətinlik hüquqi və icra mexanizmləri ilə bağlıdır:
“Əgər borcalan krediti qaytarmasa, onun əmlakına əl qoymaq və ya hüquqi prosedurları icra etmək çətinləşir. Bank həmin ölkənin məhkəməsində iddia qaldırmalı olur ki, bu da əlavə vaxt və xərc tələb edir.
Bu səbəbdən xarici banklar, bir qayda olaraq, yerli sahibkar və fiziki şəxslərə kredit verməyə maraqlı olmurlar.
Bununla belə, bu, kreditin ümumiyyətlə mümkün olmadığı anlamına gəlmir: Bəzi hallarda təminat, yüksək etibarlılıq və ya beynəlxalq fəaliyyət kimi faktorlar olduqda xarici banklar kredit ayıra bilərlər.”
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 16 Yanvar 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















