Icma.az
close
up
RU
“Rusiyadakı “söz azadlığı” mikrofonu söndürməklə bitir” Ramiz Yunus

“Rusiyadakı “söz azadlığı” mikrofonu söndürməklə bitir” Ramiz Yunus

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Siyasi şərhçi və politoloq Ramiz Yunus Rusiyanın liberal mediasında “söz azadlığı” anlayışının formal xarakter daşıdığını bildirib.

Ramiz Yunus "Facebook" səhifəsində yazıb ki, arqumentləri tükənən tərəflər adətən opponentlərini “konspiroloq” adlandırmaqla, etiketi əsas müzakirə mövzusuna çevirirlər. Onun sözlərinə görə, bu isə real debat deyil, sadəcə müzakirədən qaçışdır.

Ramiz Yunus qeyd edib ki, son dövrlər tanınmış rusiyalı jurnalist Yevgeni Kiselyovla efirdə baş verən qalmaqallı hadisə də bunun bariz nümunəsidir. Politoloqun sözlərinə görə, o, həmin efirdə emosional mülahizələr yox, yaxşı məlum olan və sənədlərlə təsdiqlənmiş faktlar səsləndirib, lakin nəticədə canlı yayımda isterika və senzura ilə üzləşib.

Professor vurğulayıb ki, o, postsovet məkanında baş verən ictimai-siyasi prosesləri kənardan izləyən müşahidəçi deyil, bu proseslərin birbaşa iştirakçısı olub.  Həmçinin Azərbaycan hökuməti və parlamentində rəhbər vəzifələr tutub. Məhz buna görə də mövqeyini şüarlarla deyil, şəxsi təcrübə və konkret hadisələrlə əsaslandırır.

Ramiz Yunusun fikrincə, Rusiyanın liberal çevrələrinin “konspiroloji yanaşma” adlandırdığı məqamlar əslində onların qəbul etmək istəmədiyi həqiqətlərdir. O bildirib ki, SSRİ-nin dağılmasından onilliklər keçsə də, bu dairələr imperiya təfəkküründən imtina etməyiblər və yalnız ritorika dəyişib.

Politoloq əlavə edib ki, özlərini “demokratiya və söz azadlığı müdafiəçisi” kimi təqdim edən bu qruplar illər boyu Kremlin zorakılıq siyasətinə faktiki olaraq haqq qazandırıblar. Onun sözlərinə görə, bu siyasətin nəticələri Qarabağda, Abxaziyada, Cənubi Osetiyada, Dnestryanıda, Çeçenistanda və hazırda Ukraynada qanla müşayiət olunub.

Ramiz Yunus xüsusilə Birinci və İkinci Qarabağ müharibələri zamanı rusiyalı liberal mediasının açıq şəkildə Ermənistanın mövqeyini müdafiə etdiyini və Azərbaycanın əleyhinə mövqe tutduğunu xatırladıb.

O bildirib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin ilk günlərindən etibarən bu çevrələrin əsl simasını açıq şəkildə ifşa edir və məhz buna görə də onların hədəfinə çevrilib.

Ramiz Yunus sonda qeyd edib ki, Yuliya Latınina, “Dojd” telekanalı, Aleksey Benediktov, Vladimir Pozner və indi də Yevgeni Kiselyovla bağlı yaşananlar eyni ssenari üzrə inkişaf edir: “Arqument əvəzinə etiket, debat əvəzinə əsəb, söz azadlığı əvəzinə isə mikrofonun söndürülməsi”.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Yanvar 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri