Bu haqda sual verməyin! Rəşad Sadıqov
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil edilən mətbuat konfransına qatılıb.
Modern.az xəbər verir ki, o, mətbuat konfransında millinin baş məşqçiliyinə namizədliyinin irəli sürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Milliyə baş məşqçi seçimi olanda hər dəfə 2-3 nəfər var ki, onlara bu sual ünvanlanır. Hər dəfə ehtimal yarananda, bu sual veriləndə şəxsən mən özümü ucuzlaşmış hiss edirəm. Hər dəfə açıqlama, şərh vermək olmur. Daha əvvəl də açıqlama verəndə bildirmişdim ki, bu barədə bir dəfə danışacam və bir daha bu mövzuya qayıtmayacağam. Sizdən də çox xahiş edirəm ki, bu haqda sual verməyin” - Rəşad Sadıqov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 13 Sentyabr 2025 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















