Icma.az
close
up
RU
Bu sual barədə düşünməmişəm Rəşad Sadıqov

Bu sual barədə düşünməmişəm Rəşad Sadıqov

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 18-ci turunda səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb. 

O, jurnalistlərin suallarını cavablandırıb: 

– Olduqca vacib oyun idi. Önəmli qələbə qazandıq. İlin son oyunu idi. Son oyunlar isə həmişə xüsusi olur. İstər-istəməz futbolçular istirahət barəsində düşünür. Bu tip oyunlara köklənmək çətin olur. Buna baxmayaraq, oyunçular yaxşı hazırlanmışdılar. Qarşımızda əzmkar, hər xal uğrunda ölümünə mübarizə aparan “Səbail” var idi. Görüşün ağır keçəcəyini bilirdik. Şükürlər olsun ki, sonluqda qolu vurub, 3 xalı qazandıq. İndi yaxşı istirahət edərək, avrokubok və çempionatdakı oyunlarımızı təhlil edəcəyik. İkinci yarıya yaxşı hazırlaşmalıyıq. Çünki, Azərbaycan çempionatında bu dövrələr həmişə daha gərgin keçir. Komandalar oyunlara maksimumunu qoymağa çalışır. Sona yaxınlaşdıqca hər xal həlledici ola bilər.

– Bugünkü oyununuzla qarşıdakı turlarda necə uğur qazana bilərsiniz? Ümumən oyundan razı qaldınız?

– Bəli. Bir neçə hücumlarımız oldu. Hansı ki, rəqibə qarşı 5-6 elə hücum planlaşdırmışdıq. Sadəcə həmin epizodlardan fərqlənə bilmədik. “Səbail” son turlarda qələbə qazana bilməsə də heç kim onlara qarşı asan oyun keçirtməmişdi. Hətta “Sabah” (1:0) və “Araz-Naxçıvan” (2:0) qələbə qazananda belə çətin olmuşdu. Cavid Hüseynovun gəlişindən sonra komandada istək yüksək səviyyədədir. Demək olar ki, bütün rəqiblərə problem yaradıblar. Nəzərə alsaq ki, səfərdə və süni ot örtüyündə oynamaq bizim üçün problem idi. İlk hissə bizim diqtəmizlə keçdi. Bu da gözlənilən idi. Rəqib bizə meydanın mərkəzini verib, əks-hücumlara çalışırdı. Amma ikinci hissədə pauzalar çox oldu. Demək olar ki, ikinci yarının son 15 dəqiqəsinə qədər fasilələr üzündən oyunun dinamikası çox aşağı düşmüşdü. Ancaq qoldan sonra hər 2 komanda canlandı. İstədiyim futbolu meydanda gördüm. Elə oyunlar var ki, istədiyin futbolu göstərə bilmirsən. Ancaq qələbə qazanmaq önəmlidir. Bu da elə oyunlardan biri idi.

– Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandaya qarşı çox çətin qalib gəldiniz. Belə qalib gəlmək, futbolçularınızın performansına meyar sayıla bilər?

– Çempionatda sonuncu pilləni tutan komandanın elitadan düşəcəyi dəqiqləşdikdən bəri rəqabət güclənib. İstər 2, istərsə də 10-cu yerdəki komandayla oynayaq. Məşqçi olaraq fərq görmürəm. Məsələn, “Kəpəz” üzərində 4:0 hesablı qalib gəlmişdik. Amma deyə bilmərəm ki, bu oyundan yaxşı çıxış etmişdik. Sadəcə olaraq həmin matçda hücumlarımız daha yaxşı alınmışdı. Amma bu gün vura bilmirdik. Həm keçən, həm də bu mövsüm, çempionatdakı oyunlar gərgin keçir.

– İlin ən yaxşı yerli futbolçusu adına namizədlər bəllidir. Siyahıda Qismət Alıyevin də adı var. Siz kimə səs verəcəksiniz?

– Bu sual barədə düşünməmişəm. Gərək oyunçuların milli və avrokuboklardakı oyunlarına diqqət yetirək. Yəqin ki, Toral Bayramovla Elvin Cəfərquliyev arasında böyük rəqabət olacaq. Mahir Emreliylə Qismət də çox yaxşı performans sərgiləyiblər. (futbolpress.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 Dekabr 2024 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri