Icma.az
close
up
RU
“Bu həddi nəinki 30 yaşa, 27 yaşa endirmək lazımdır...” Sabiq müdafiə naziri 5 ay öncəki təklifini xatırlatdı...

“Bu həddi nəinki 30 yaşa, 27 yaşa endirmək lazımdır...” Sabiq müdafiə naziri 5 ay öncəki təklifini xatırlatdı...

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Dəyərli hərbi ekspert Üzeyir Cəfərovun da bu mövzuda açıqlamasıyla tanış oldum və çox xoşuma gəldi ki, o da çağırış müddətinin yuxarı həddinin heç olmas 28 yaşa endirilməsini təklif edir...”

“Hər üç ildən bir onları çağırıb komissiyadan keçirmək və sağlamlığına-filana görə möhlət müddətini artırmaq nəyə lazımdır? Əvvəlki dövrlərdə yaş həddi 27-yədək idi, hansısa bir problem yaranırdımı?..”

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilməsi ehtimalı var. Bu, Milli Məclisin müzakirəsinə təqdim edilən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan qanunvericiliyə görə, hərbi çağırışçılar müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək olan kişi cinsli vətəndaşlardır. Qanuna təklif edilən dəyişkilyə əsasən bundan sonra hərbi çağırışçılar 18 yaşından 30 yaşınadək olan kişi cinsli vətəndaşlar olacaq...

Xatırladaq ki, hələ bu ilin iyul ayında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev saytımıza açıqlamasında Milli Məclisdə  keçmiş peşəkar hərbçi olanlar da deputat kimi təmsil olunmasının zəruriliyindən danışaraq  məhz bu səbəbdən  hərblə bağlı bir çox qanunlarda çatışmazlıqlar olur. Məsələn, cənab general belə bir sual etmişdi: 

...Müddətli hərbi xidmətə çağırış üçün yaş həddinin 27-dən 35-ə qaldırılmasının mənası nədir? Həmin maddənin qəbulunda peşəkar hərbçi olmuş deputat iştirak etsəydi, bu sualı verərdi və bu yaş həddini artırmağın əhəmiyyətsiz olduğunu əsaslandırardı... Hər üç ildən bir onları çağırıb komissiyadan keçirmək və sağlamlığına-filana görə möhlət müddətini artırmaq nəyə lazımdır? Əvvəlki dövrlərdə yaş həddi 27-yədək idi, hansısa bir problem yaranırdımı?..”

 Mövzu ilə bağlı Moderator.az-a budəfəki açıqlamasında isə keçmiş müdafiə naziri bunları söyləyib:

“Mən çox şadam ki, nəhayət, Milli Məclisdə hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi barədə bizim də verdiyimiz təkliflər qismən eşidildi və müvafiq qanunda həmin həddin 30 yaşadək azaldılması təklif olunur. Amma hesab edirəm ki, bu həddi nəinki 30 yaşa, 27 yaşa endirmək lazımdır. Ötən söhbətlərimizdən birində mən bunu fakt və arqumentlərlə əsaslandırmışdım ki, 27 yaş heç kəsin hərbi xidmətdən kənarda qalmaması üçün kifayət edən bir yaş həddidir. Və bu gün də həmin təklifimin üzərində dayanıram. Bəs indi Milli Məclis üzvləri nəyə əsasən hərbi xidmətə çağırışın yuxarı yaş müddətinin 30 yaşa endirilməsi təklifini verirlər? Bu hansı arqumentlərlə əsaslandırılır?..

"Dəyərli hərbi ekspertimi Üzeyir Cəfərovun da bu mövzuda açıqlamasıyla tanış oldum və çox xoşuma gəldi ki, o da çağırış müddətinin yuxarı həddinin heç olmasa 28 yaşa endirilməsini təklif edir...”

Əyanilik üçün general-mayor Tacəddin Mehdiyevin hərbi xidmətə çağırış müddətinin 35 yaşdan 27 yaşa endirilməsi ilə bağlı keçmiş açıqlamasını bütövlükdə təqdim edirik:

“...Müddətli hərbi xidmətə çağırış üçün yaş həddinin 27-dən 35-ə qaldırılmasının mənası nədir? Həmin maddənin qəbulunda peşəkar hərbçi olmuş deputat iştirak etsəydi, bu sualı verərdi və bu yaş həddini artırmağın əhəmiyyətsiz olduğunu əsaslandırardı. Mən Azərbaycanın müstəqilliyimizin ilk çağlarında işləmiş keçmiş hərbi komissarı kimi bu məsələlərə də yaxşı bələdəm. Hər bir gənc 18 yaşında hərbi xidmətə yollanmalıdır. Onun yalnız bir neçə halda, məsələn, ali məktəbə daxil olduqda, yaxud sağlamlıq vəziyyəti yol vermədikdə hərbi xidmətə çağırışdan möhlət hüququ var. Tutaq ki, hərbi çağırış yaşlı gənclərin 2-3 faizi ali məktəblərə daxil oldu, 2-3 faizi də sağlamlıq göstəricilərinə görə hərbi xidmətə yollanmadı. Bu, Azərbaycan Silahlı Qüvvələrinin planlaşdırılması üçün qorxulu rəqəm deyil. 4 ildən sonra 22 yaşında ali məktəbi bitirən gənc təhsilini artırmaq məqsədi ilə magistiraturaya daxil olmadığı halda hərbi xidmətə yollanmalıdır. Yenə də tutaq ki, ali məktəbi bitirən gənclərdən 2-3 faizi magistiraturaya daxil oldu, qalanları əsgər getməlidir. İki il müddətinə magistiraturanı bitirən gəncin 24 yaşı tamam olur və o, doktoranturaya(keçmişdə aspirantura) daxil olmadığı təqdirdə hərbi xidmətə yollanmalıdır. Yenə də 24 yaşlı ali təhsilli gənclərin çox cüzi faizi doktoranturaya daxil olur və qalanları hərbi xidnmətə yollanır.  İki ildən sonra doktoranturanı bitirib dissertasiya müdafiə edərək fəlsəfə doktoru(keçmiş elmlər namizədi) adını ala  bilən cüzi sayda gənclər yenə də hərbi xidmətdən möhlət hüququ qazanır, qalanları isə hərbi xidmətə yollanır. Bir sözlə, artıq 27 yaşadək bu proseslər hamısı bitir. Belə olduğu halda çağırışçılar üçün yaş həddini 35 yaşadək qaldırıb insanları incitməyin nə mənası var. Hər üç ildən bir onları çağırıb komissiyadan keçirmək və sağlamlığına-filana görə möhlət müddətini artırmaq nəyə lazımdır? Əvvəlki dövrlərdə yaş həddi 27-yədək idi, hansısa bir problem yaranırdımı? İnsanları süni şəkildə dövlətdən narazı salmaq olmaz...”

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri