Icma.az
close
up
RU
Bu hekayəyə görə DTX ya şikayət etmək lazımdır! Müzakirə

Bu hekayəyə görə DTX ya şikayət etmək lazımdır! Müzakirə

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Əli Novruzovun "İstintaq" hekayəsi haqqıında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Şərif Ağayar:

"Bu hekayədə istedadsızlığın dibi görünmür. Mətn hissiyyatı ölüb demirəm, çünki əvvəldən yoxdur. Çox piyadadır Əli. Dəhşətli dərəcədə. Burda üstəlik həm də ayaqyalın və tumançaqdır. "Belə yazmaq olmaz" iddiasına ən unikal nümunədir. Bu mətn adama dahilik öyrədər – belə etmə yetər! Həmişə bu düşüncənin, bu əlil ifadə tərzinin əksinə get, bəsindir. “Oxumaqla deyil” tezisinə adamı dönə-dönə inandıran bir kitab düşmənçiliyidir. Azərbaycan dilinə həqarət püskürən zibil yığınıdır. Sənətin Baboş tərzidir. Ədəbiyyatı gözdən salma proyektidir. Məncə, masonların işidir. Məqsəd milli düşüncəli yazıçılarmızı alçaltmaq, aşağılamaqdır. Bu hekayədən AYO-AYB-yə yox, 102-yə də yox, birbaşa DTX-ya şikayət etmək lazımdır. Ciddi deyirəm. Heyif, xalq düşməni maddəsini CM-dən çıxarıblar. Bu mətnə çox rahat oturardı. İlkin tədbir kimi müəllifə yazmağı qadağan eləmək lazımdır. Davamına baxarıq".

Mübariz Örən:

"Əli Novruzovun hekayəsini dünən telefondan oxudum, xoşuma gəldi. Əlinin yaradıcılığı ilə az tanışam, deyəsən, "Sonuncu barista"sını oxumuşam, vəssalam. "İstintaq" mənə daha bütöv gəldi. Əvvəla, hekayənin ideyası Azərbaycan nəsri ücün, demək olar, təzədi. İkincisi isə o ideyanın işlənməsi, həlli, bəli. Novruzov hekayəni qura bilib, yaxşı texnika işlədib, Detalların, terminlərin bolluğu mətnə ağırlıq gətirmir, əksinə, "istintaqın" inandırıcı görünməyinə xidmət edir. Dadı, duzu olan hekayədi, bir az kafkavari, bir az postmodern priyomlar, müəllifi söhbətə qatmaq... Maraqla oxunur. Seymur Baycanın yubileyinə ithafı isə ayrıca ləzzətdir. Hekayədə çatışmayan, oxucusunu pərişan edən ən ciddi problem, məncə, nə qatilin, nə casusun kim olmağı deyil, məhz budu: Hacı hansı Hacıdı? Qalan hər şey əladı, müəllifi təbrik edirəm".

Mirmehdi Ağaoğlu:

"Əlinin hekayəsi xoşuma gəldi. Baxmayaraq ki, süjeti bir çox cəhətdən uydurmadır, məni 20 il əvvələ apardı, “Hiss”dəki təqdimat yadıma düşdü. Bu cür əsərləri oxumağı sevirəm. Məncə, Əli qələmini bu kimi mövzuların mürəkkəbinə daha çox batırsın. Doğru bildiyini et və kimsədən çəkinmə!".

Sevinc Elsevər:

"Belə başa düşdüm ki, Seymurun əlli illik yubileyinə hədiyyə olaraq, onu hekayəsində öldürüb müəllif. Belə şeyləri yazmaq zarafatla da olsa, müəllifin obrazına rəğbəti duyulsa da, təhlükəlidir. Düşər-düşməzi olar. Nə bilim, vallah. Amma maraqla oxudum. Orda başqa "öncəgörmələr" də vardı. Seymurun doğum gününə bir ay var. Fürsətdən istifadə, ona uzun ömür arzulayıram. İndən belə azı 40 il. (Qırxı otuz yazmışdım, on il əlavə elədim). Daha artığını özü bilər".

“Qərbi Azərbaycan rəssamları” kitabının təqdimatı oldu Sevgi vardır ki... - Mikayıl Müşfiq Nəriman Həsənzadə yubileyi münasibətilə evində ziyarət olundu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Mart 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri