Icma.az
close
up
RU
Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ronahi Kürd Mədəniyyət Mərkəzi Ümid Partiyasının sədri İqbal Ağazadə, Sərdar Cəlaloğlu və Arif Hacılının fəaliyyəti ilə bağlı Prezidentə və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.

Sitat.info  xəbər verir ki, İqbal Ağazadə bununla bağlı sosial media hesabında paylaşımedərək məsələyə münasibət bildirib.

Partiya sədri yazıb ki, heç vaxt heç bir şəxsi milli, dini və ya irqi mənsubiyyətinə görə aşağılamayıb. Vurğulayıb ki, Azərbaycan bu ölkəni sevən bütün xalqların ortaq vətənidir.

“Mən heç vaxt, heç bir şəxsi milli, dini, irqi mənsubiyyətə görə aşağılamaram, buna nə şəxsi tərbiyəm, nə də siyasi – ictimai statusum yol vermir. O ki, ola Azərbaycanda yaşayan hər hansı bir etnik qrupu.

Mən Azərbaycanın bütövlüyünü, onun müstəqilliyini, dövlətçiliyini, milli maraqlarını dəstəkləyən, qoruyan, özünü bu dövlətin bir parçası sayan kimsəni heç vaxt aşağılamaz, barəsində neqativ düşüncədə olmaram. Bu mənim dəyişilməz mövqeyim, prinsipimdir.

Hamı bunu belə bilsin.

Azərbaycan onu sevən, qoruyan hər kəsin – türkün, talışın, kürdün, ləzginin, avarın, saxurun, ingiloyun, yəhudinin, udinin, tatın, qırızın, ukraynalının, rusun, bir sözlə hamının vətənidir, bu ölkə hamımızındır…

Amma və lakin…

Mən bölücülüyə qarşıyam, mən bu ölkənin kənd-kənd, şəhər-şəhər, mahal- mahal bölünməsinə göz yuma bilmərəm.

Mən deyirəm ki, Azərbaycan hamımızın vətənidir, kimsə özünə mahnısında, şeirində, ritorikasında Azərbaycanın bir parçasından yalançı bölgə düzəldib, “bura bizimdir” deməsin.

Bakıda, Şəkidə, Balakəndə, Xankəndində, Lerikdə, Laçında Qusarda, Sabirabadda yaşayırsansa , demək Azərbaycanda yaşayırsan, azərbaycanlısan, (milliyyətin kim olsa belə) kimin üçünsə məhdudiyyətlər var ki, sən bu bölgədə yaşama deyə?

İnzibati bölgü milli-etnik bölgü demək deyil. Bu zona türklərin, bu bölgə başqalarının deyə bir ayrımçılıq da yoxdur…

Gələk Ronahi Kürd Mədəniyyət mərkəzinin mövqeyinə.

Bir daha bildirirəm, şəxsi münasibətlərdə, siyasi əlaqələrdə xeyli Kürd dostlarım, əqidədaşlarım var, hamısını sevirəm, hörmətlə yanaşıram. Dillərinə də, mədəniyyətlərinə və ənənələrinə də sayğım sonsuzdur. Onları türklərdən ayrı bilmirəm, eynən digər azsaylı xalqlar kimi. Bu ölkə hamımızındır, kimsə kimsədən üstün və ya aşağı deyil.

Lakin Ronahi Kürd Mədəniyyət mərkəzi “Qırmızı Kürdüstan” kitabının müəllifi Həjər Şamili təbrik edirsə, düşünürəm. Əcəba niyə???
Axı bu Həjərin kitabında əzəli və əbədi Azərbaycan torpağının içində süni bir dövlət yaradan Rusiyanın ideyaları yayımlanıbsa, Ronahi Kürd Mədəniyyət mərkəzi niyə onu təbrik edir?

Təəssüf ki, rəsmi qurumlar daha çox düşünməlidir.

Ronahi Kürd Mədəniyyət mərkəzinin səlahiyyətli nümayəndələri, əcəba, Avropada yayımlanan Kürd tv kanallarına müsahibələr verir, bilmir ki, o kanalların hamısı qardaş Türkiyənin ərazizisinin parçalanıb, Kürdüstanın yaranmasını təbliğ edirlər?

Mərkəzinizin üzvləri bayraqlarla şəkil paylaşırlar, bilmirlər ki, o bayrağı Türkiyə ərazisinə sancmaq istəyirlər? ( Mən hələ Həjər kimilərin Qırmızı Kürdüstan xülyalarından danışmıram.)

Bəs düşünmürsünüz ki, bir tərəf Zəngəzur, bir tərəf Cəbrayıl, bir tərəf Kəlbəcər deyəndə bu bölücülükdür?

Deməyin ki, biz yaşadığımız ərazini deyirik. Əvvəla, orda əhalinin böyük əksəriyyətini yenə də türklər təşkil edir, kürd qardaşlarımız da yaşayır, təbii.
Amma siz Bakıda yaşamırsınız, Gəncədə, Sumqayıtda yoxsunuz?

Nədən özünüzə coğrafiya cızırsınız, hər yer Azərbaycan deyil?

Başqa niyyət yoxsa, niyə bəlli bölgələrin adını çəkir, hətta mərkəzin rəsmi səhifəsində Laçın yazırsınız?

Düşündünüzmü bu barədə heç?

Biz hamımız azərbaycanlıyıqsa, doğulduğumuz yer xaric, başqa halda ancaq Azərbaycan sevgisindən yazırıqsa, nədən kimlərsə bəlli rayonları, bölgəni məhz bölücülüklə qeyd edir?

Sizcə biz, konkret desəm mən, anlamıram?

Kəndinizə gəlin, araşdırmaq lazımdırsa, ilk növbədə bəzilərinin gizli separatçılıq niyyəti araşdırılmalıdır.

Qaldı bu ölkənin xalqlarına- türkə, talışa, ləzgi, kürd , avar, ingiloy, saxur, rus, yəhudi, udin, tat, qırızına – istəsəniz belə nəsə edə bilməzsiniz. Biz bir yerdə Azərbaycanıq və bizli-bizsiz belə olacaq.

Nə kimsənin ürəyini bulandırmayın, nə də ortalığı qarışdırmağa çalışmayın.

Bu məmləkət sevgisini nə türkdən, nə talışdan, nə ləzgidən, nə kürddən, nə avardan, nə tatdan kimsə ala bilməz. Biz BİRLİKDƏ AZƏRBAYCANIQ, AZƏRBAYCANLIYIQ.

P.S. Əziz Kürd, Talış, ləzgi, Avar, Udin, Saxur, Tat, Rus, Yəhudi, Qırız qardaş və bacılarım, Azərbaycan hamınızla gözəldir, bu gözəllik hamımızındır, birlikdəyik, bu dövlətin sahibiyik. Sizləri özümüz bilirik…”,- o, paylaşımında qeyd edib.

Xatırladaq ki, Sərdar Cəlaloğlu qonaq olduğu televiziya verilişlərindən birində kürdlər və onların tarixi ilə bağlı fikirlər səsləndirib. Bundan sonra ona qarşı tənqid kampaniyası başladılıb. Ümid Partiyasının sədri İqbal Ağazadə və Müsavat Partiyası Məclis sədri Arif Hacılı isə Sərdar Cəlaloğlunu müdafiə edən paylaşımlar ediblər. Bunun ardınca hər iki siyasətçi də tənqid hədəfinə çevrilib və artıq onlarla bağlı rəsmi şəkildə aidiyyəti quruma müraciət olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:326
embedMənbə:https://sitat.info
archiveBu xəbər 30 İyul 2026 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri