Icma.az
close
up
RU
İqbal Ağazadədən DTX yə şikayət edildi

İqbal Ağazadədən DTX yə şikayət edildi

Icma.az, Bakupost saytına istinadən bildirir.


Ümid Partiyasının sədri İqbal Ağazadə iyulun 29-u Ronahi Kürd Mədəniyyət mərkəzi tərəfindən Prezident və DTX-ya şikayət edilib.

"Bakupost" xəbər verir ki, bu barədə İqbal Ağazadə özü məlumat yayıb.

Partiya sədrinin sözlərinə görə, müraciətdə onunla yanaşı Sərdar Cəlaloğlu, Arif Hacılı haqqında bölücülük etdikləri və kürdləri alçaltdıqları bildirilərək, tədbir görülməsi istənilib:

"Mən heç vaxt, heç bir şəxsi milli, dini, irqi mənsubiyyətə görə aşağılamaram, buna nə şəxsi tərbiyəm, nə də siyasi - ictimai statusum yol vermir. O ki, ola Azərbaycanda yaşayan hər hansı bir etnik qrupu.

Mən Azərbaycanın bütövlüyünü, onun müstəqilliyini, dövlətçiliyini, milli maraqlarını dəstəkləyən, qoruyan, özünü bu dövlətin bir parçası sayan kimsəni heç vaxt aşağılamaz, barəsində neqativ düşüncədə olmaram. Bu mənim dəyişilməz mövqeyim, prinsipimdir.

Hamı bunu belə bilsin.

Azərbaycan onu sevən, qoruyan hər kəsin - türkün, talışın, kürdün, ləzginin, avarın, saxurun, ingiloyun, yəhudinin, udinin, tatın, qırızın, ukraynalının, rusun, bir sözlə hamının vətənidir, bu ölkə hamımızındır...

Amma və lakin...

Mən bölücülüyə qarşıyam, mən bu ölkənin kənd-kənd, şəhər-şəhər, mahal- mahal bölünməsinə göz yuma bilmərəm.

Mən deyirəm ki, Azərbaycan hamımızın vətənidir, kimsə özünə mahnısında, şeirində, ritorikasında Azərbaycanın bir parçasından yalançı bölgə düzəldib, "bura bizimdir" deməsin.

Bakıda, Şəkidə, Balakəndə, Xankəndində, Lerikdə, Laçında Qusarda, Sabirabadda yaşayırsansa , demək Azərbaycanda yaşayırsan, azərbaycanlısan, (milliyyətin kim olsa belə) kimin üçünsə məhdudiyyətlər var ki, sən bu bölgədə yaşama deyə?

İnzibati bölgü milli-etnik bölgü demək deyil. Bu zona türklərin, bu bölgə başqalarının deyə bir ayrımçılıq da yoxdur...

Gələk Ronahi Kürd Mədəniyyət mərkəzinin mövqeyinə.

Bir daha bildirirəm, şəxsi münasibətlərdə, siyasi əlaqələrdə xeyli Kürd dostlarım, əqidədaşlarım var, hamısını sevirəm, hörmətlə yanaşıram. Dillərinə də, mədəniyyətlərinə və ənənələrinə də sayğım sonsuzdur. Onları türklərdən ayrı bilmirəm, eynən digər azsaylı xalqlar kimi. Bu ölkə hamımızındır, kimsə kimsədən üstün və ya aşağı deyil.

Lakin Ronahi Kürd Mədəniyyət mərkəzi "Qırmızı Kürdüstan" kitabının müəllifi Həjər Şamili təbrik edirsə, düşünürəm. Əcəba niyə???

Axı bu Həjərin kitabında əzəli və əbədi Azərbaycan torpağının içində süni bir dövlət yaradan Rusiyanın ideyaları yayımlanıbsa, Ronahi Kürd Mədəniyyət mərkəzi niyə onu təbrik edir?

Təəssüf ki, rəsmi qurumlar daha çox düşünməlidir.

Ronahi Kürd Mədəniyyət mərkəzinin səlahiyyətli nümayəndələri, əcəba, Avropada yayımlanan Kürd tv kanallarına müsahibələr verir, bilmir ki, o kanalların hamısı qardaş Türkiyənin ərazizisinin parçalanıb, Kürdüstanın yaranmasını təbliğ edirlər?

Mərkəzinizin üzvləri bayraqlarla şəkil paylaşırlar, bilmirlər ki, o bayrağı Türkiyə ərazisinə sancmaq istəyirlər? ( Mən hələ Həjər kimilərin Qırmızı Kürdüstan xülyalarından danışmıram.)

Bəs düşünmürsünüz ki, bir tərəf Zəngəzur, bir tərəf Cəbrayıl, bir tərəf Kəlbəcər deyəndə bu bölücülükdür?

Deməyin ki, biz yaşadığımız ərazini deyirik. Əvvəla, orda əhalinin böyük əksəriyyətini yenə də türklər təşkil edir, kürd qardaşlarımız da yaşayır, təbii.

Amma siz Bakıda yaşamırsınız, Gəncədə, Sumqayıtda yoxsunuz?

Nədən özünüzə coğrafiya cızırsınız, hər yer Azərbaycan deyil?

Başqa niyyət yoxsa, niyə bəlli bölgələrin adını çəkir, hətta mərkəzin rəsmi səhifəsində Laçın yazırsınız?

Düşündünüzmü bu barədə heç?

Biz hamımız azərbaycanlıyıqsa, doğulduğumuz yer xaric, başqa halda ancaq Azərbaycan sevgisindən yazırıqsa, nədən kimlərsə bəlli rayonları, bölgəni məhz bölücülüklə qeyd edir?

Sizcə biz, konkret desəm mən, anlamıram?

Kəndinizə gəlin, araşdırmaq lazımdırsa, ilk növbədə bəzilərinin gizli separatçılıq niyyəti araşdırılmalıdır.

Qaldı bu ölkənin xalqlarına- türkə, talışa, ləzgi, kürd , avar, ingiloy, saxur, rus, yəhudi, udin, tat, qırızına - istəsəniz belə nəsə edə bilməzsiniz. Biz bir yerdə Azərbaycanıq və bizli-bizsiz belə olacaq.

Nə kimsənin ürəyini bulandırmayın, nə də ortalığı qarışdırmağa çalışmayın.

Bu məmləkət sevgisini nə türkdən, nə talışdan, nə ləzgidən, nə kürddən, nə avardan, nə tatdan kimsə ala bilməz. Biz BİRLİKDƏ AZƏRBAYCANIQ, AZƏRBAYCANLIYIQ.

P.S. Əziz Kürd, Talış, ləzgi, Avar, Udin, Saxur, Tat, Rus, Yəhudi, Qırız qardaş və bacılarım, Azərbaycan hamınızla gözəldir, bu gözəllik hamımızındır, birlikdəyik, bu dövlətin sahibiyik. Sizləri özümüz bilirik...",- o, paylaşımında qeyd edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 İyul 2026 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri