Icma.az
close
up
RU
“Bu, hər iki ölkənin beynəlxalq arenadakı nüfuzunun möhkəmləndirilməsinə xidmət edəcək” ŞƏRH EDİLDİ

“Bu, hər iki ölkənin beynəlxalq arenadakı nüfuzunun möhkəmləndirilməsinə xidmət edəcək” ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Azərbaycan və Türkiyə arasındakı münasibətlər dünyada bir nümunə kimi götürülür və həqiqətən bu dostluğun, qardaşlığın, strateji müttəfiqliyin analoqu yoxdur. Sözün əsl mənasında Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, “bir millət, iki dövlət” şüarı tam reallığa çevrilib və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və liderliyi sayəsində bu münasibətlər ən yüksək zirvəsinə yüksəlib və bizim bu münasibətlərimiz bütün sahələri əhatə edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Şuşa müqaviləsi ilə isə müttəfiqliyimiz tam rəsmiləşdirilib, hüquqi qüvvəyə minib:

“Təbii ki, bu müqavilənin müddəalarında münasibətlərimiz bütün sahələri əhatə edir. O cümlədən vətəndaş cəmiyyətlərimizdə, bir çox digər təşkilatlarımız da mütəmadi olaraq münasibətlərini yüksək səviyyəyə qaldırır, birgə dairələr icra edilir və demək olar ki, elə bir sahə qalmayıb ki, orada iki qardaş ölkənin münasibətləri formalaşmasın. O cümlədən Şuşada təşkil olunan Azərbaycan və Türkiyə Beyin Mərkəzlərinin birinci forumu da dediklərimizə bariz nümunədir. Bu forumda siyasi beyin mərkəzləri, sosioloqlar, siyasətçilər həm iki ölkə arasındakı münasibətləri, həm regional, geosiyasi, qlobal siyasi prosesləri müzakirə etdilər. Paralel olaraq, iki ölkə qlobal arenada bu sahədə də bir çox addımların atılmalı olduğunu qeyd etdilər. Və beyin mərkəzləri nümayəndələri beynəlxalq platformalarda müttəfiq, qardaş ölkə kimi bu sahədə də ölkələrimiz üçün vacib məsələlərdə birgəlik nümayiş etdirməyin zəruriliyini qeyd etdilər.

Bu forum bir daha göstərdi ki, müttəfiqlik, dostluq və qardaşlıq münasibətləri bütün sahələri əhatə etməli və zaman ötdükcə yeni çağırışlara cavab verməlidir. Çünki hazırda dünyada siyasi konfiqurasiya dəyişdirilir, siyasi mənzərə formalaşdırılır və burada Azərbaycanın və Türkiyənin çox böyük rolu meydana çıxır. Türkiyə bu gün dünyanın superdövlətləri içərisində öz yerini möhkəmləndirir, Azərbaycan o cümlədən yalnız Cənubi Qafqazın lider dövləti kimi yox, həm də artıq vacib qlobal oyunçu kimi bu gün meydandadır. Və ölkəmiz həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bir çox ölkələrlə yüksək səviyyəli münasibətlər sərgiləyir. O cümlədən beyin mərkəzləri də, siyasi analitiklər siyasi prosesləri mütləq diqqətlə izləməli, vacib nəticələr çıxarmalı, bu sahədə analizlər etməli və lazım olan vaxtda dövlətin xarici siyasətindəki vacib çalarlara öz təhlilini verməlidirlər.

Və Azərbaycan–Türkiyə beyin mərkəzi nümayəndələrinin müttəfiq ölkə olaraq bu sahədə də birgə iştirakçıları və vacib olan anlarda – ki, dövlətin mənafeyi üçün – həm dövlət orqanları ilə, həm vətəndaş cəmiyyəti ilə, həm beynəlxalq təşkilatlarla münasibət ortaya qoymaları təbii ki, hər iki ölkənin beynəlxalq arenadakı nüfuzunun möhkəmləndirilməsinə xidmət edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Noyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri