Icma.az
close
up
RU
“Bu, hərb tarixində misli görünməyən bir zəfər idi”

“Bu, hərb tarixində misli görünməyən bir zəfər idi”

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

XXI əsrin ən önəmli hadisələrindən biri – Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr–10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən “Vətən Müharibəsi”dir. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Cənubi Qafqazda yeni siyasi reallıqlar yaratdı. Tarixi qələbə həm xalqımızın qəhrəmanlığının, həm də güclü liderliyin nəticəsi oldu.

30 ilə yaxın işğal altında qalan torpaqlarımızda Ermənistan qeyri-qanuni məskunlaşma, mədəni irsimizə qarşı vandallıq və ekoloji terror həyata keçirmişdi. Uzun illər beynəlxalq təşkilatların qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan status-kvonu dəyişməmək siyasəti yürüdürdü. 2020-ci ilin payızında Ermənistanın təxribatları, hərbi-siyasi avantüraları Azərbaycanı məcbur etdi ki, öz suveren hüquqlarını güc yolu ilə bərpa etsin.

Eyni zamanda, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.
Ölkəmiz həm də çox mühüm strateji presedentin əsasını qoydu. Belə ki, Azərbaycan 30 ilə yaxın mövcud olmuş Qarabağ münaqişəsini öz milli gücü ilə həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etməyə müvəffəq oldu. Bu, heç şübhəsiz, dünya siyasi tarixinin çox əlamətdar hadisələrindən biri, eləcə də ədalətin və beynəlxalq hüququn təntənəsidir.

44 günlük müharibə Azərbaycan xalqının və dövlətinin gücünü, iradəsini və mübarizliyini bütün dünyaya sübut etdi. Prezident İlham Əliyevin cəbhədəki hərbi əməliyyatları uğurla aparması, eyni zamanda, diplomatik səylərlə beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyinin müdafiə etməsi müharibənin qalibiyyətlə başa çatmasını təmin etdi.

Azərbaycan Silahlı Qüvvələri yalnız Ermənistanın işğal etdiyi əraziləri azad etmək deyil, həm də ərazi bütövlüyünü bərpa etmək üçün böyük bir iradə nümayiş etdirdi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, eləcə də Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılması bu gün də aktual məsələlər sırasında yer alır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq İlqar Hüseynli bildirib ki, 44 günlük müharibənin nəticələri Azərbaycanın bir dövlət kimi mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb:

“44 günlük müharibə möhtəşəm tarixi qələbə ilə yekunlaşdı. Həm müharibə dövründə, həm də sonrakı antiterror əməliyyatları nəticəsində Qarabağ torpaqları tam şəkildə düşmən tapdağından azad olundu. Bu proses Azərbaycanın dövlət imicinin güclənməsində çox ciddi faktora çevrildi”.

Politoloqun sözlərinə görə, Vətən müharibəsi dünya hərb tarixində müasir müharibə modeli kimi dərsliklərə düşə biləcək nadir nümunələrdən biridir:

“Bu, hərb tarixində misli görünməmiş bir zəfər idi və Azərbaycan üçün böyük uğurlar gətirdi. Xankəndinin, Xocalının və Qarabağın digər ərazilərinin azad olunması ilə ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi”.

İlqar Hüseynli qeyd edib ki, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vandalizm, dağıntılar və mədəni irsə qarşı həyata keçirdiyi vandalizm aktları beynəlxalq hüquq baxımından müharibə və insanlıq əleyhinə cinayətlərdir:

“Əzəli torpaqlarımızda aparılan məqsədli dağıntılar, məscidlərin, qəbiristanlıqların və tarixi abidələrin məhv edilməsi beynəlxalq cinayət hadisələridir. Bu faktları geniş şəkildə dünya ictimaiyyətinə çatdırmalı, səylərimizi bu istiqamətdə davam etdirməliyik”.

Politoloq əlavə edib ki, Azərbaycanın Qarabağın bərpası istiqamətində həyata keçirdiyi işlər də beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır:

“Azərbaycan mədəni, siyasi və iqtisadi sistemdə sülhpərvər və demokratik dəyərlərə sadiq bir dövlət kimi özünü təsdiqləyib. Son olaraq ABŞ-da avqustun 8-də keçirilən görüş və əldə olunan ilkin razılaşmalar da sülhə doğru atılmış mühüm addımdır. Vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə fəaliyyəti və yeni iqtisadi münasibətlərin formalaşması Azərbaycanın sülhpərvər mövqeyini bir daha nümayiş etdirir”.

İlqar Hüseynli vurğulayıb ki, bu istiqamətdə görülən işlər dayanmadan davam etdirilməlidir.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusuna uyğun olaraq dərc edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Yanvar 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri