Icma.az
close
up
RU
Bu hərbçilərin intizam tənbehi qaydasında həbs cəzası ləğv olunur

Bu hərbçilərin intizam tənbehi qaydasında həbs cəzası ləğv olunur

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzasının tətbiqinə dair normalar ləğv olunur.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, gizirlərə və miçmanlara hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs intizam cəzası ləğv olunur. Tabor (3-cü dərəcəli gəmi) komandirinin gizirləri və miçmanları hauptvaxtda saxlamaqla 3 sutkayadək həbs etmək, alay (briqada) komandirinin əsgəri hauptvaxtda saxlanmaqla 7 sutkayadək həbs etmək, diviziya, əlahiddə briqada (gəmilər briqadası), korpus komandirlərinin və qoşun növü komandanının gizirləri və miçmanları hauptvaxtda saxlanmaqla 10 sutkayadək həbs etmək hüquqları ləğv edilir.

Hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə cəzasının ləğvi təklif olunur. Alay (briqada) komandirinin kiçik zabitləri hauptvaxtda saxlanmaqla 3 sutkayadək həbs etmək , diviziya, əlahiddə briqada (gəmilər briqadası) komandirlərinin - kiçik zabitləri hauptvaxtda saxlanmaqla 5 sutkayadək həbs etmək, korpus komandirinin, qoşun növü komandanının kiçik zabitləri hauptvaxtda saxlanmaqla 7, baş zabitləri 3 sutkayadək həbs etmək, silahlı qüvvələr növü komandanının zabitləri hauptvaxtda saxlanmaqla kiçik zabitləri 10, baş zabitləri 5 sutkayadək həbs etmək hüquqları ləğv edilir.

Ehtiyatda, ya da istefada olan gizirlər, miçmanlar hərbi geyimdə hərbi intizamı, yaxud ictimai asayişi pozarlarsa hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs cəzasının ləğvi də təkliflər sırasındadır.

Hazırda qüvvədə olan qanuna əsasən, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu həbs edə bilər. Belə hallarda kiçik zabitləri generalların və admiralların, gizirləri və miçmanları generalların, admiralların və baş zabitlərin, əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları vardır.

Layihəyə əsasən, gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu siyahıdan çıxarılır, həbs edilməyəcəklər. Başqa sözlə, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) həbs edə biləxək. Belə hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları olacaq.

“Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna da müvafiq dəyişikliklər təklif olunur. Qüvvədə olan qanuna əsasən, qarnizon hərbi komendantının hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulması hallarında hərbi rütbəcə özündən kiçik və özünə bərabər olanlara xəbərdarlıq etmək, yaxud Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə əsasən onları tutub cəzalandırmaq, onlar sərxoş halda hərbi intizamı pozduqda, ayılana qədər bir sutkalığa hauptvaxtda (müvəqqəti həbs edilmişlər kamerasında) saxlamaq, sonra isə bu hərbi qulluqçuların məsuliyyətləri haqqında qərar qəbul etmək hüququ var. Zərurət olduqda, qarnizon hərbi komendantı hərbi intizamı pozan hərbi qulluqçudan şəxsiyyətini müəyyənləşdirən sənədləri təqdim etməyi tələb edir, belə sənədlər olmadıqda və ya düzgün tərtib edilmədikdə, hərbi qulluqçunu tutub müvəqqəti həbs edilənlər kamerasında yerləşdirir.

Layihəyə görə, qarnizon hərbi komendantı şəxsən və tabeliyində olanlar vasitəsilə hərbi qulluqçulardan ictimai yerlərdə və küçələrdə hərbi intizama, eləcə də qayda-qanuna ciddi surətdə riayət etmələrini cəsarətlə və qətiyyətlə tələb etməli, onların heç bir nalayiq hərəkətini cəzasız qoymamalıdır. Qarnizon hərbi komendantının hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulması hallarında hərbi rütbəcə özündən kiçik və özünə bərabər olanlara xəbərdarlıq etmək, yaxud Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə əsasən onları tutub cəzalandırmaq, onlar sərxoş halda hərbi intizamı pozduqda, ayılana qədər bir sutkalığa hauptvaxtda (müvəqqəti həbs edilmişlər kamerasında) saxlamaq (zabitlər, gizirlər (miçmanlar) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla), sonra isə bu hərbi qulluqçuların məsuliyyətləri haqqında qərar qəbul etmək hüququ olacaq. Zərurət olduqda, qarnizon hərbi komendantı hərbi intizamı pozan hərbi qulluqçudan şəxsiyyətini müəyyənləşdirən sənədləri təqdim etməyi tələb edəcək, belə sənədlər olmadıqda və ya düzgün tərtib edilmədikdə, hərbi qulluqçunu (zabitlər, gizirlər (miçmanlar) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) tutub müvəqqəti həbs edilənlər kamerasında yerləşdirəcək

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda təsdiq edilib.

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 May 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri