Icma.az
close
up
RU
Bu heykəl niyə sökülməlidir? Hüquqi şərh

Bu heykəl niyə sökülməlidir? Hüquqi şərh

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Taleh Şahsuvarlı

Xankəndidəki "Biz və bizim dağlar", daha məşhur adı ilə "Dədə-nənə" heykəli 1967-ci ildə, Azərbaycan SSR-nin vəsaiti ilə tikilib. Heykəl o zamankı rəsmi versiyaya görə, Qarabağda uzunömürlü insanların şərəfinə ucaldılsa da, ermənilər onu "bu torpaqlarda köklərimiz qədimdir" deyə yozmuşdular. Sözügedən heykəl Azərbaycana qarşı erməni terrorizminin əsas simvollarından biri olmuş və hətta qondarma "DQR"-in gerbində də istifadə edilmişdi. Bundan başqa, 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsində Ermənistan həmin "abidə"dən Azərbaycana qarşı işğalçılıq siyasətinə ideoloji əsas yaratmaq üçün istifadə etmişdi. Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə bu heykəl Ermənistanın işğalçılıq siyasətinin, yüzminlərlə etnik Azərbaycanlı ailəsinin doğma yurdlarından didərgin salınmasının, Azərbaycanın dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşı planlaşdırılmış şəkildə həyata keçirilən çoxsaylı terror aktlarının ideoloji simvolu halına gəlmişdi. Azərbaycan xalqına məxsus mədəni abidələr və digər sərvətlər ermənilərdən ibarət işğalçı və terrorçu qruplar tərəfindən dağıdıldığı halda, sözügedən heykəl Azərbaycanın işğal olunmuş ərazilərində etnik-mədəni müxtəlifliyin aradan qaldırılması, Azərbaycan xalqının regionda min illəri əhatə edən tarixinin danılması üçün istifadə olunurdu.

BMT Təhlükəsizlik Şurasının 2347 saylı qətnaməsində deyilir:

“Mədəni irsin qeyri-qanuni şəkildə dağıdılması, mədəni əmlakın talanması və qaçaqmalçılığı, xüsusilə silahlı münaqişələr zamanı terrorçu qruplar tərəfindən, eləcə də bu kontekstdə tarixi kökləri və mədəni müxtəlifliyi inkar etməyə yönəlmiş cəhdlər münaqişəni alovlandıra və şiddətləndirə, post-münaqişə milli barışıq prosesini əngəlləyə bilər və bu da təsirlənmiş dövlətlərin təhlükəsizliyinə, sabitliyinə, idarəçiliyinə, sosial, iqtisadi və mədəni inkişafına zərər vura bilər.”

Bütün bunları ümumiləşdirək:

1. Tarixi saxtalaşdırma vasitəsi kimi istifadə:

“Dədə-nənə” heykəli Ermənistanın işğalçılıq dövründə Qarabağda tarix və mədəniyyətə dair etnik-siyasi manipulyasiyasının bir hissəsi kimi təqdim olunub. Heykəl Azərbaycanın milli-mədəni kimliyinə deyil, münaqişə zamanı qəsdən və sistematik şəkildə yaradılan saxta erməni irsi konsepsiyasına xidmət edirdi.

2. Mədəni irsdən siyasi məqsədlərlə sui-istifadə:

BMT qətnaməsində qeyd edildiyi kimi, mədəni abidələrin tarixi kökləri inkar etmək məqsədilə siyasi simvollaşdırılması, xüsusilə də münaqişə sonrası dövrdə saxta narrativləri qorumağa yönəlmiş bu cür abidələrin saxlanılması, barışığın bərpasına və milli birlik prosesinə ciddi maneə yaradır.

“Dədə-nənə” heykəli məhz bu qəbildəndir- onun saxlanması, Azərbaycan cəmiyyətinin sülhpərvər yaddaşına və multikultural dəyərlərinə ziddir.

3. Sosial və mədəni inkişafın pozulması riski:

Qətnamədə vurğulandığı kimi, bu cür simvolların saxlanması ictimai qıcıq yaradaraq dövlətin mədəni inkişafına terorizmin simvolu kimi zərbə vurur. Xankəndidəki həmin "abidə" bölgəyə yalnız Türkmənçay müqaviləsindən sonra yerləşmiş ermənilərin saxta tarix yaradıcılığına xidmət edir, Azərbaycana qarşı Ermənistanda revanşist qüvvələrin təbliğatına "stimul" verir.

4. Hüquqi və beynəlxalq normalara uyğun tədbir kimi sökülmə:

BMT-nin mövqeyi göstərir ki, post-münaqişə dövründə təhlükəsizliyin və barışın qorunması məqsədilə mədəni abidələrdən terrorizm və dövlətlərin ərazi bütövlüyünə qarşı sui-istifadənin qarşısı alınmalıdır. Bu baxımdan, “Dədə-nənə” abidəsinin sökülməsi hüququn müvafiq normalarına əsaslanır və zəruri addımdır.

Həm ümid edir, həm də inanıram ki, Azərbaycan dövləti məsləhət bildiyi müvafiq bir zamanda Xankəndidəki “Dədə-nənə” heykəlini sökərək Respublikamızın beynəlxalq hüquqa əsaslanan öhdəliklərindən birini də yerinə yetirmiş olacaq!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Avqust 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri