Icma.az
close
up
RU
“Bu, Hökümənin son uçuşları idi…”

“Bu, Hökümənin son uçuşları idi…”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hökümənin həlak olduğunu atası dedi. Hökümə 6-cı sinifə qədər Rusiyada oxuyub, vətəni çox istəyirdi. Sonra ölkəmizə qayıtdıq, ali təhsil aldı, hüquqşünas oldu”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya AZAL-ın qəzaya uğrayan təyyarəsinin həlak olan ekipaj üzvü Hökümə Əliyevanın anası Kəmalə Alıyeva bildirib.

O, qızının 2016-cı ildən AZAL-da çalışdığını deyib: “Hökümə çox gülərüz idi. Əksər ölkələrdə olmuşdu. Hər zaman deyirdi ki, mənimlə fəxr edin. Bir dəfə səfərdən dönəndə dedi ki, az qala təyyarə qəza edəcəkdi… Bu dəfə qəza oldu, qızım xilas ola bilmədi”.

Hökümənin atası Cəlil Alıyev isə Modern.az-a açıqlama verərək qızının sonuncu uçuşlarını həyata keçirdiyini, bundan sonra çalışdığı şirkətdə hüquqşünas kimi işə başlayacağını bildirib: “1993-cü ildə kəndimizin işğalı səbəbilə məcburi köçkün kimi Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşmışdıq. 1996-cı ildə isə Rusiyaya köçdük, bir müddət Volqoqrad vilayətində yaşadıq. Hökümə burada 1-ci sinifdən 6-cı sinifə qədər şəhərin 178 nömrəli məktəbində oxudu, daha sonra Gəncə şəhərinə köçdük. Hökümə təhsilini burada davam etdirdi, Gəncə şəhər V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirəndən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil oldu. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini də tamamladı. 2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi kimi işə başladı, daha sonra stüardessa kimi fəaliyyət göstərdi. Yaxın günlərdə isə AZAL-da hüquqşünas kimi fəaliyyət göstərəcəkdi, işə götürülmüşdü, bu onun son uçuşları idi”.

Ailəyə rəsmi qurumlardan bildirilib ki, Hökümə Əliyevanın nəşi ən qısa zamanda ailənin yaşadığı Gəncə şəhərinə aparılacaq.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan idi. O, BDU-nun Hüquq fakültəsinin məzunu olub.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see280

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see271

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see263

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see260

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see250

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see250

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see245

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see238

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see237

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see229

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see229

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see226

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see211

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see209

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see205

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see203

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see200

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see191

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see185

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri