Icma.az
close
up
RU
Bu içki kişiləri prostat xərçəngindən qoruyur

Bu içki kişiləri prostat xərçəngindən qoruyur

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Gündə üç stəkan espresso qəhvəsi içmək prostat xərçəngi riskini 50% azaldır.

Milli.Az xəbər verir ki, bu, İtaliyadakı "İstituto Neurologico Mediterraneo Neuromed" tədqiqatçılarının gəldiyi nəticədir.

İtalyan alimlərinə görə, səhər bir stəkan məhz espresso prostat şişləri riskini maksimum 53% azaltmağa kömək edir. Onların fikrincə, gündə üç stəkan espresso içmək kişi xərçənginin əsas növlərindən birinin inkişaf riskini yarıya endirir və qəhvə də şiş böyüməsini basdırır.

Statistika göstərir ki, təxminən hər altı kişidən birinə ömürləri boyu prostat xərçəngi diaqnozu qoyulacaq, lakin yalnız 36 kişidən biri bu xəstəlikdən öləcək. Prostat xərçəngi kişilər arasında ölümün üçüncü əsas səbəbi olduğundan, alimlər yüksək kofein istehlakının xəstəliyin yayılmasının azalmasına kömək edəcəyinə ümid edirlər.

Tədqiqatın müəllifləri mərkəzi İtaliya bölgəsində 7 min kişinin sağlamlığını dörd il ərzində izləyərək onların qəhvə istehlakını diqqətlə təhlil ediblər. Daha sonra tədqiqatçılar onların sağlamlıq vəziyyətini prostat şişlərinin yayılması ilə müqayisə ediblər.

Məlum olub ki, gündə üç və ya daha çox stəkan espresso içənlərdə gündə iki və ya daha az stəkan içənlərlə müqayisədə bu növ xərçəngə tutulma halları 53% daha azdır. Daha sonra bu nəticələr laboratoriya təcrübələrində təsdiqlənib və tədqiqatçılar prostat xərçəngi hüceyrələrini qəhvə ekstraktına məruz qoyublar. Məlum olub ki, kofeinli ekstrakt müsbət təsir göstərib.

Burada qəhvə xüsusi italyan resepti ilə yüksək təzyiq altında qaynar su ilə və filtrsiz istehsal olunur. Bu üsul dünyanın digər yerlərində espresso hazırlanmasından əhəmiyyətli dərəcədə fərqlənir və nəticədə yerli qəhvədə bioaktiv maddələrin daha yüksək konsentrasiyası yaranır. /Medicina.az

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Aprel 2026 06:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri