Icma.az
close
up
RU
Bu icra başçıları yola salınır? SENSASİON SİYAHI

Bu icra başçıları yola salınır? SENSASİON SİYAHI

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Azərbaycanda bir sıra rayon və şəhər icra hakimiyyətlərində ciddi kadr dəyişikliklərinin olacağı gözlənilir. 
Hurriyyet.az “Ajans.az”-a istinadən xəbər verir ki, bu dəyişikliklərin əsas səbəbləri kimi uzun müddət eyni vəzifədə çalışan rəhbərlərin fəaliyyəti və gənc kadrlara üstünlük verilməsi göstərilir.
Eldar Əzizov
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əziziov nə az, nə çox düz 24 ildir ki, başçı vəzfəsini qoruyub saxlayır. O, 2000–2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, 2003–2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, 2011–2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
16 iyul 2018-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilən Əzizov 15 noyabr 2018-ci il tarixindən etibarən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Abdin Fərzəliyev
Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev 21 ildir ki, icra başçısı vəzifələrini daşıyır. 2003-cü ilin aprel ayında Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin dekabr ayından isə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışıb. Fərzəliyev 2022-ci il tarixindən Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsini yerinə yetirir.
Zakir Fərəcov 
Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov 19 ildir ki, vəzifədədir. Fərəcov 2005–2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. O, 2 sentyabr 2015-ci il tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Süleyman Mikayılov
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da 19 ildir, başçı vəifəsində çalışır. O, 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb. 4 mart 2010-cu il tarixindən Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 
Məmməd Məmmədov
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 6 ildir başçı vəzifəsini icra edir. O, 7 iyun 2018-ci il tarixindən Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 
Rafiq Quliyev
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev də 13 ildir müxtəlif vəzifələri icra edir. Belə ki, 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Xətai rayon İcra Hakimiyyəti Başçının müavini, 2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində işləmişdir. 12 noyabr 2019-cu ildən Rafiq Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Sevindik Hətəmov
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 12 ildir ki, başçı vəzifəsindədir. 2012–2016-cı illərdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2016-cı ildə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Hətəmov bu ilin sentyabr ayında isə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Mübariz Əhmədzadə
Qax rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə 17 ildir vəzifədədir. O, 27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsini icra edib. Hazırda Zaqatala rayonu İcra Hakimiyyətinin Başçısıdır.
Taleh Qaraşov
Lənkəran rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov isə düz 28 ildir ki icra başçısı işləyir. O, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 14 aprel 2012-ci ildən isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri