Bu il 19 nəfər sudaboğulma təhlükəsindən xilas edilib
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Cari il 13 nəfər çimərlik mövsümündə olmaqla, ümumilikdə 19 sudaboğulma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq xidmətin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili bildirib.
O diqqətə çatdırıb ki, xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb.
“Sularda təhlükəsizliyin təmin edilməsi üçün yalnız xilasedicilərin olduqları çimərliklərdən istifadə edilməli, xilasedicilərin cağırışlarına və ərazidə quraşdırılan maarifləndirici lövhələrin tələblərinə sözsüz əməl olunmalıdır”, - deyə Dövlət Xidmətinin rəsmisi vurğulayıb.
Qeyd edək ki, Akşin Əlilinin AZƏRTAC-a müsahibəsi ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 İyul 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















