Icma.az
close
up
RU
Bu il 30a yaxın kollecdə monitorinq keçirilib, 17 nəfər işdən çıxarılıb

Bu il 30a yaxın kollecdə monitorinq keçirilib, 17 nəfər işdən çıxarılıb

Bu il 30-a yaxın orta ixtisas təhsili müəssisəsində (kollec) monitorinqlər keçirilib.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ilin yekunları ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, monitorinqlər zamanı kolleclərdə tədris prosesinin təşkilində, eləcə də idarəetmədə müəyyən edilən nöqsanlar nəticəsində bir sıra kolleclərin rəhbər şəxsləri barədə müvafiq intizam tənbeh tədbirləri görülüb, 9 direktor və 8 direktor müavini ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib.

Bundan başqa, təqvim ilində 9 əlavə təhsil müəssisəsinə baxış keçirilib, onlardan 3-ü barədə müsbət, 4-ü barədə mənfi qərar qəbul edilib. 2 müəssisənin isə sənədləri hazırda baxılma mərhələsindədir.

Bizim Telegram kanalımıza abunə olun

seeBaxış sayı:92
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri