Bu il 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub RƏSMİ
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
“Cari il ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yeni xidmətlərin təşkili və mövcud xidmətlərin genişləndirilməsi istiqamətində ardıcıl, sistemli işlər görülüb. Yeni Klinikada fəaliyyətə başlayan Robotik Reabilitasiya Mərkəzinin maddi-texniki təminatı məqsədilə mərkəz müasir standartlara uyğun bir sıra robotik və funksional reabilitasiya avadanlıqları ilə təchiz edilib”.
Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə məlumat verib.
Bundan əlavə o qeyd edib ki, Yeni Klinikada 7 vətəndaşa orqan transplantasiya əməliyyatları həyata keçirilib:
“Xəstələrdən 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub. Qeyd olunan vətəndaşlar əməliyyatdan sonra da tərəfimizdən immunosupressiv dərman preparatları ilə mütəmadi təmin olunurlar”.
Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 19 Dekabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















