Daha bir ərzaq bazarında monitorinq keçirildi
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şirvan şəhərində fəaliyyət göstərən ərzaq bazarında nəzarət tədbirləri həyata keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinq zamanı bazarda bir sıra ciddi nöqsanlar aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, bazarda yüksək risk qrupuna aid məhsullara baxış zamanı məlum olub ki, ət və ət məhsulları, çiy toyuq əti, süd və digər ağartı məhsulları antisanitar şəraitdə, müvafiq müşayiətedici sənədlər olmadan satışa çıxarılır. Monitorinq zamanı, həmçinin bazarın sanitar-gigiyenik və sanitar-texniki tələblərə cavab vermədiyi, qida məhsullarının saxlanılması və temperatur rejiminin təmin edilməsi üçün zəruri avadanlıqlarla təchiz olunmadığı da məlum olub.
“Qeyd edək ki, ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin edilməsidir. Mövcud tələblərin icrası, aşkarlanan nöqsanların aradan qaldırılması və bazarların sağlamlaşdırılması istiqamətində əsas məsuliyyət bazar rəhbərliyinin üzərinə düşür”, - deyə məlumatda vurğulanıb.
Baxış sayı:100
Bu xəbər 19 Dekabr 2025 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















