Icma.az
close
up
RU
Bu il amnistiya verilməyəcək! Komitə sədri

Bu il amnistiya verilməyəcək! Komitə sədri

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə amnistiya aktının imzalanacağı ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. 

Hətta tanınmış hüquq müdafiəçisi Əliməmməd Nuriyev də bu məsələyə toxunub və mediaya açıqlamasında deyib:

“Hazırda bununla bağlı məlumatlar yayılır. Milli Məclis tərəfindən amnistiya qərarı verilə bilər. 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu, Azərbaycanın həyatında böyük bir hadisədir. Bu il həm də Zəfərimizin 5-ci il dönümüdür”, - o deyib.

Qeyd edək ki, amnistiya elə bir normativ-hüquq aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan (cəzalardan) azad edir, yaxud yüngülləşdirir.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən, amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir.

Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, bu il həm də əfv institutunun yubileydir:

“Söhbət yalnız "Suverenlik və Konstitusiya İli"ndən getmir. 70-dən artıq əfv qərarı nəticəsində 9000-dən çox məhkum azadlığa buraxılıb. Təcrübə onu göstərir ki, bu dövr ərzində bağışlanan, cəmiyyətə, öz ailəsinə dönən şəxslər təkrar cinayət törətməyiblər. Bu o deməkdir ki, dövlətin məramı nəticə verib, həmrəylik doğurub, həmin şəxslər islah olunublar. Bu çox mühüm məsələdir. Günə-gün cəzasını çəkib azadlığa çıxan şəxslərlə müqayisədə Prezident tərəfindən əfv edilən şəxslər presedent yaradan addımlar atmayıblar.
Aministiya aktından danışırıqsa, indiyə kimi 10-dan çox belə akt qəbul edilib və on minlərlə insana tətbiq edilib. 90-cı illərdə ölkədəki xaos şəraiti, silahlı dəstələrin hakimiyyət uğrunda mübarizələri məhbusların sayında artım  yaratmışdı. Dövlət bu məsələni də tənzimlədi. 70 rəqəmini ona görə söylədim ki, bu bəzən ildə iki və hətta 3 əfv qərarının verilməsi anlamına gəlir”.

Komitə sədri bu il aministiya aktının elan edilməsinin real olmadığını söyləyib:

“İl başa çatır, bu mərhələdə aministiyanın veriləcəyini real saymırıq. Çünki bu məsələ müəyyən hazırlıq tələb edir, əfv konkret şəxsələrə, aministiya isə maddələrə, qanunvericilik aktlarına şamil olunur. İndiki şəraitdə yalnız onu demək olar ki, ölkədə əhalinin 100 min nəfərinə düşən məhbusların sayı beynəlxalq prakitika ilə müqayisədə orta göstəricidir. Lakin qanunvericilik sisteminin liberallaşması, yəni humanistləşməsi ilə bağlı ölkə başçısının addımları vəziyyəti dəyişib. Cəza məcəlləsində 300-dən artıq maddə dəyişdi. Buna isə dekriminallaşma adı verilir. Və “cəza bilərziyi” anlayışı gəlib. 3500-dən artıq məhkum evində cəzasını çəkir, amma təbii ki, qolunda məlum nəzarət qurğusu ilə birlikdə. Aministiyada yalnız bir mexanizm olsa da, geniş insanları əhatə etsə də, son deyil. Digər mexanizmlər, şərti cəza ilə əvəzetmə vasitəsilə insanlar azadlığına qovuşa bilər. O üzdən hazırda bu il ərzində müddət baxımından aministiya aktının elan ediləcəyi real sayıla bilməz. Gələn il aministiya aktının elan edilib-edilməyəcəyi ilə bağlı isə indidən nəsə demək çətindir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Dekabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri