Icma.az
close
up
RU
Bu il Azərbaycana 1 milyona yaxın smartfon idxal edilib

Bu il Azərbaycana 1 milyona yaxın smartfon idxal edilib

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 299 milyon 861 min ABŞ dolları dəyərində 951 min 461 ədəd smartfon idxal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 8.2% və ya 85.4 min ədəd azalıb, dəyər baxımından isə 3.7% və ya 10.6 milyon ABŞ dolları artıb. Belə ki, 2024-cü ilin ilk 9 ayı ərzində ölkəyə 289 milyon 239.7 min dollar dəyərində 1 milyon 36 min 868 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 536 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 474 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən ( 755 min 807 ədəd), Vyetnamdan (183 min 880 ədəd), Hindistandan (11013 ədəd), İndoneziya ( 495 ədəd) və Koreyadan ( 230 ədəd ) gətirilib. Bu məhsul Çindən 510 manata, Vyetnamdan 618 manata, Hindistandan 976 manata, İndoneziyadan 467 manata Koreyadan isə 204 manata idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 196.6 min ABŞ dolları dəyərində 1116 ədəd smartfon ixrac edilib. Gürcüstana (491 ədəd) və Çexiya ( 625 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 299 manat təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri