Bu il Ermənistana azərbaycanlı turistlər səfər edib?
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2026-cı ilin yanvar-mart aylarında Ermənistanı turist qismində 10 Azərbaycan vətəndaşı ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri ölkənin Statistika Komitəsinin hesabatlarına istinadən məlumat yayıb.
Həmin şəxslərin Ermənistanda orta hesabla 38 gün qaldıqları iddia edilir. Məlumata görə, 2025-ci ildə Azərbaycan vətəndaşlarının Ermənistana səfərləri qeydə alınmayıb.
Xatırladaq ki, bu ilin fevralında Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanda səfərdə olublar. Söhbətin məhz həmin şəxslərdən getdiyi istisna olunmur, lakin Statistika Komitəsinin məlumatlarına əsasən, onların ölkədə qalma müddətinin 38 gün olması maraq doğurub.
Baxış sayı:127
Bu xəbər 13 May 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















