Icma.az
close
up
RU
Bu il Günəş son dəfə tutulacaq

Bu il Günəş son dəfə tutulacaq

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı ilin ikinci və son Günəş tutulması avqustun 12-də baş verəcək. Bu tutulma, tam Günəş tutulması olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.

Bakı vaxtı ilə tutulma saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Maksimum faza isə saat 21:46-da baş verəcək. Ümumilikdə təxminən 5 saat çəkəcəyi gözlənilən tutulma hadisəsi zamanı, günəş diskinin tam tutulması təqribən 7 dəqiqə davam edəcək.

Vurğulanıb ki, tutulmaların tipi iki əsas faktordan asılıdır. Birinci faktor Günəş, Ay və Yerin kosmosdakı qarşılıqlı vəziyyəti, digəri isə müşahidəçinin özünün mövqeyidir. Ay orbitinin Yer orbiti ilə kəsişmə nöqtəsində yeni Ay fazası baş verdikdə və Günəş, Ay və Yer eyni xətt üzərində yerləşdikdə Günəş tutulması yaranır. Bu kəsişmə nöqtələri astronomiyada düyün nöqtələri adlanır. Tam Günəş tutulmasını yalnız Ayın tam kölgəsinə düşən müşahidəçi izləyə bilir. Kölgə mərkəzindən uzaqlaşdıqca Günəş diskinin örtülmə faizi azalır və yarımkölgədəki müşahidəçi isə ancaq qismən tutulma görür. Əgər Ay düyün nöqtəsindən bir az uzaqda yerləşərsə, bu zaman ümümiyyətlə tam tutulma müşahidə olunmur. Müşahidə mövqeyindən asılı olmayaraq, ancaq qismən  tutulma müşahidə olunur. Həmçinin Ay öz orbitinin apogeyində olarsa, bu zaman tam yox, halqalı Günəş tutulması müşahidə olunur. Çünki Yerdən ən uzaq mövqedə yerləşən Ay Günəşin diskini tam ötə bilmir.

Cari ilin ilk Günəş tutulması kimi son Günəş tutulması da Azərbaycandan müşahidə olunmayacaq. Azərbaycandan müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən Günəş tutulması olub. Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.

Qeyd edək ki, 12 avqustda baş verəcək Günəş tutulmasını linkə daxil olaraq izləmək mümkün olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Avqust 2026 06:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri