Barselona nın marağı mənə daha çox motivasiya verir gürcüstanlı hücumçu
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Villarreal"ın hücumçusu Georgi Mikautadze daha nüfuzlu bir kluba keçməyə tam hazır olduğuna əmindir.
Sportal.az xəbər verir ki, gürcüstanlı forvard uşaqlıqda "Barselona"ya azarkeşlik etdiyini bildirib:
"Böyük bir kluba keçməyə hazır olduğuma inanıram. Bunun üçün lazım olan hər şeyə sahibəm. "Barselona"nın marağı? Bu, mənə daha çox motivasiya verir, işimi yaxşı gördüyümü sübut edir. Üstəlik, gənc vaxtlarımda "Barselona"ya azarkeşlik edirdim. Həmin o dövrdə orada Xavi, İniesta və Buskets, Messi, Neymar və Suares kimi tanınan ulduz üçlük çıxış edirdi".
Qeyd edək ki, Georgi Mikautadze 2025-ci ilin sentyabrından "Villarreal"da çıxış edir. 26 yaşlı futbolçu bu mövsüm La Liqa təmsilçisinin heyətində bütün turnirlərdə 15 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Noyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















