Bu il işdən qanunsuz çıxarılmış 71 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-noyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 825 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Nazirlikdən "Report"a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 94 %-i əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 71 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 24 Dekabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















