Bu il kirayə yolu ilə mənzil sahibi olan şəxslərin sayı açıqlanıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 8 oktyabr, AZƏRTAC
Cari ilin oktyabrın 1-nə olan məlumata görə, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 8245 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.
İKZF-dən AZƏRTAC-a bildirilib ki, bunların 1988-i cari ilin yanvar-sentyabr aylarında bağlanmış müqavilələrin payına düşür. Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil sahibi olan vətəndaşların 58 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 08 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















