Icma.az
close
up
RU
Bu il mygov platformasına inteqrasiya ediləcək xidmətlər açıqlanıb

Bu il mygov platformasına inteqrasiya ediləcək xidmətlər açıqlanıb

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu il Azərbaycanda "mygov" və "mygov" biznes platformalarına inteqrasiya ediləcək xidmətlər açıqlanıb.

İl ərzində müvəqqəti qeydiyyata alınma barədə müraciət, təhsil müəssisələrinə elektron tələbə qəbulu, sosial-hüquqi xidmətlərin göstərilməsi, ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə qəbul edilməsi xidmətləri "mygov" platformasına inteqrasiya ediləcək.

Eyni zamanda bu il "mygov" platforması üzərindən təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının “Məzun evi” sosial müəssisəsində mənzillə təmin edilməsi, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak etmək üçün qeydiyyat, məşğulluq sistemində qeydiyyatla bağlı arayışın verilməsi, yaşama icazələrinin əldə edilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, işsizlikdən sığorta ödənişi alan şəxs olması barədə arayışın verilməsi təmin ediləcək.

Həmçinin nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, xaricdə təhsil üzrə dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları, əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi, ailə kəndli təsərrüfatlarının uçota alınması və onların üzvlərinə vəsiqələrin təqdim edilməsi, aaşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi, vətəndaşın reabilitasiya və abilitasiya proqramı ilə bağlı məlumatlarının (Reabilitasiya xidmətinin növü, reabilitasiya vasitəsinin adı, sayı) əks olunması., əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində reabilitasiya xidmətinin göstərilməsi ilə bağlı çıxarışın verilməsi, vətəndaşın reabilitasiya və abilitasiya proqramı ilə bağlı məlumatlarının (Reabilitasiya xidmətinin növü, reabilitasiya vasitəsinin adı, sayı) əks olunması, əlilliyin qiymətləndirilməsi nin nəticəsinə dair arayışın verilməsi, 5-dən çox uşağıolan qadınlara aylıq sosial müavinətin təyin edilməsi üzrə arayışın verilməsi, 5 və daha çox uşağı doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb 8 yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara yaşa görə aylıq sosial müavinətin təyin edilməsi üzrə arayışın verilməsinin "mygov" platforması üzərindən baş tutması təmin ediləcək.

İl ərzində ölkədə elektron qaiməfakturaların onlayn rejimdə hazırlanması, fərdi şəxsi hesab barədə arayışın verilməsi, kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı, tullantıların yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılmasına aidiyyəti üzrə razılığın verilməsi, uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi, “e-KOB evi” portalının inteqrasiyası xidmətləri isə "mygov biznes" platformasına inteqrasiya olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://banco.az
archiveBu xəbər 09 Aprel 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri