Bu il ölümündən sonra orqan bağışlamaq istəyənlərin sayı AÇIQLANDI
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-ci ilin əvvəlindən bu günə qədər 62 nəfər ölümündən sonra orqan bağışlamaq üçün müraciət edib.
Bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ölümündən sonra orqan bağışlayanların sayında artım müşahidə olunur. Müraciət edənlərin yaşı 18-dən yuxarıdır.
Xatırladaq ki, bir neçə ay əvvəl Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova mətbuat konfransında son iki il ərzində ölümündən sonra donor olmaq istəyənlərin sayının təxminən 100-ə qədər olduğunu qeyd etmişdi./Trend

Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı 3 dəfə artıb
12 Dekabr 2024 10:37
Ölümündən sonra orqanlarını bağışlamaq istəyənlər artıb
12 Dekabr 2024 09:54
Ölümündən sonra donor olmaq istəyənlərin sayı artdı
10 Yanvar 2025 12:37
Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq istəyənlər ARTIR
09 Yanvar 2025 14:44

