Icma.az
close
up
RU
Bu il Pedaqoji Universitetə beş nəfər müsabiqədənkənar qaydada qəbul olunub

Bu il Pedaqoji Universitetə beş nəfər müsabiqədənkənar qaydada qəbul olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 sentyabr, AZƏRTAC

2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulun yekun nəticələrinə əsasən 5 nəfər Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) müsabiqədənkənar qaydada qəbul olunub. Qəbul olunanlardan 1 nəfəri respublika fənn olimpiadalarındakı uğuruna, 4 nəfəri isə beynəlxalq idman yarışlarında əldə etdikləri yüksək nəticələrə görə bu hüququ əldə ediblər.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.

Bu tələbələri yaxından tanıyaq:

Şövkət Rövşən oğlu Seyidəliyev 2008-ci ildə Xaçmaz rayonunda dünyaya gəlib. C.Cabbarlı adına Xaçmaz şəhər 6 nömrəli məktəbin 2025-ci il məzunudur. 2023-cü ildə respublika olimpiadasının final turunda coğrafiya fənnindən IX sinif üzrə müsabiqədə III yeri tutub. O, ADPU-nun Tarix və coğrafiya fakültəsinə tarix və coğrafiya müəllimliyi ixtisası üzrə müsabiqədənkənar qəbul olunub.

Kamran Turab oğlu Zeynalov 1992-ci ildə Sabirabad şəhərində anadan olub. 2008-ci ildən paraatıcılıq idman növü ilə məşğuldur. 2013-cü il İspaniyanın Alekante şəhərində keçirilmiş Avropa çempionatında 10 metr məsafədə komanda yarışında III yerə, 2014-cü il İngiltərədə dünya kubokunda fərdi yarışda I yerə çıxıb. 2014-cü il Almaniyada keçirilmiş dünya çempionatında komanda yarışlarında gümüş və bürünc, 2015-ci ildə İngiltərədə dünya kubokunda fərdi yarışlarda gümüş medal, 2019-cu ildə Tbilisidə olimpiyaçılar arasında dünya kubokunda bürünc medal qazanıb. 2021-ci ildə Serbiyada Qran-pri yarışlarını 10 və 50 metr məsafəyə atışlarda qızıl və bürünc, 2023-cü ildə Hanoverdə Dünya kubokunu 3 gümüş, 1 bürünc medalla başa vurub. 2023-cu ildə Perunun Lima şəhərində dünya çempionatında fərdi yarışlarda I, qarışıq komanda yarışlarında II, 2024-cu ildə Serbiyada keçirilmiş Qran-pridə fərdi yarışlarda II yerə layiq görülüb. Tokio və Paris Yay Paralimpiya Oyunlarının iştirakçısıdır. Müsabiqədənkənar qaydada ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinə qəbul olunub.

Ceyhun İlqar oğlu İsazadə 2008-ci ildə Şirvan şəhərində anadan olub. Uşaqlıqdan güləşlə məşğul olmağa başlayıb. 2018-ci ildə Olimpiya İdman Liseyinin keçirdiyi birincilikdə 29 kiloqram çəki dərəcəsi üzrə bürünc medal qazanıb. 2024-cü ildə şəhər birinciliyində 55 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. 2023-cü ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən yunan-roma və sərbəst güləş üzrə dünya çempionatında 51 kiloqram çəki dərəcəsi üzrə gümüş medal qazanıb. Müsabiqədənkənar qaydada ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinə qəbul olunub.

Xanhüseyn Elman oğlu Abuşov 2002-ci ildə Bakıda anadan olub. 2018-ci ildə Nizami rayonunda yerləşən idman məktəbindən məzun olub. 2021-ci ildə isə Rusiyanın paytaxtı Moskva şəhərində Sosial Pedaqoji Universitetin Fiziki tərbiyə müəllimliyi fakültəsinə qəbul olunub, 2025-ci ildə təhsilini uğurla başa vurub. Uşaq vaxtlarından Yunan-Roma güləşi ilə məşğul olmağa başlayıb. 2016-cı ildə keçirilmiş Azərbaycan birinciliyində yeniyetmələr arasında gümüş medal qazanıb. Həmin il İranda keçirilmiş ənənəvi “İman Yadigar” beynəlxalq turnirində fərdi yarışlarda 54 kiloqram çəki dərəcəsində qızıl, komanda yarışında isə bürünc medal qazanıb. 2020-ci ildə İstanbulda keçirilmiş deflimpiya üzrə dünya çempionatında gənclər arasında gümüş, böyüklər arasında isə bürünc medal qazanaraq Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanıb. 2021-ci ildə Türkiyənin İstanbul şəhərində eşitmə əngəllilər arasında keçirilmiş Yunan-Roma güləşi üzrə dünya çempionatında 67 kiloqram çəki dərəcəsində çıxış edib, gənclər arasında gümüş, böyüklər arasında bürünc medal qazanıb. 2022-ci ildə Avropa çempionu olub. 2023-cü ildə Bişkekdə dünya çempionatında yenidən gümüş medal qazanaraq Tokio Olimpiadasında vəsiqə qazanıb. Müsabiqədənkənar qaydada ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinə qəbul olunub.

İsmayıl Zülfü oğlu Muradov Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində alıb. Milli Paralimpiya Komitəsinin paracüdo idman növü üzrə komandasının əsas üzvlərindəndir. Ölkədaxili və beynəlxalq yarışlarda uğurla iştirak edib. 2022-ci ildə İtaliyanın Kalyari şəhərində keçirilmiş Avropa çempionatında J1 kateqoriyası üzrə 60 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb. Həmin ildə paracüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin tərkibində Bakıda təşkil olunan dünya çempionatının qalibi olub. 2023-cü ildə Niderlandın Roterrdam şəhərində keçirilmiş Avropa çempionatının bürünc medalçısıdır. Böyük Britaniyanın Birminhem şəhərində keçirilmiş IBSA Dünya Oyunlarının iştirakçısıdır. O, müsabiqədənkənar qaydada ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinə qəbul olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri