Bu il Qarabağda zərərsizləşdirilən mina sayı açıqlandı
Icma.az bildirir, Publika.az portalına istinadən.
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı illik məlumat yayıb.
ANAMA-dan Publika.az-a verilən məlumata görə, azad olunan ərazilərdə il ərzində 2372 tank əleyhinə mina, 4 min 286 piyada əleyhinə mina, 59 min 163 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 62 min 23 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

Bu il zərərsizləşdirilən terrorçuların sayı açıqlandı
06 Fevral 2025 14:17
ANAMA: Bu il Qarabağda 6500dən çox mina zərərsizləşdirilib
29 Dekabr 2024 17:10
Qarabağda yeni iş yerlərinin sayı açıqlandı
28 Noyabr 2024 11:43
Qarabağda elektrik enerjisi abonentlərinin sayı açıqlandı
07 Fevral 2025 16:05
Qarabağda fəaliyyət göstərən məktəb və bağçaların sayı açıqlandı
06 Fevral 2025 15:19

