Bu il Rusiya regionundan Azərbaycana 100 tondan çox ət konservi ixrac edilib
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Kurqan vilayətinin müəssisələri bu ilin əvvəlindən Azərbaycana 100,8 ton ət konservi tədarük edib.
“Report” bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verir.
Bildirilir ki, noyabrın 26-da “Rosselxoznadzor”un Ural Regional İdarəsinin nəzarəti altında Kurqan vilayətindən Azərbaycana 16,6 ton ət konservi ixrac edilib.
Məhsullar əvvəlcədən Rusiyanın müvafiq müəssisələrinin birində lazımi laboratoriya sınaqlarından keçib. Mütəxəssislər idxalçı ölkənin keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiqləyiblər.

KTZ dekabrda Azərbaycana 100 min tondan çox taxıl tədarük edib
13 Yanvar 2025 13:02
Bu ölkələrdən Azərbaycana ət idxalına qadağa qoyuldu
25 Noyabr 2024 11:10
Azərbaycana 100 dən çox avtobusun gətirilməsi gözlənilir
16 Aprel 2025 19:39
Bu ölkələrdən ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub
25 Noyabr 2024 10:38

