Icma.az
close
up
RU
Статья не опубликована
Bu il universitetlərə qəbulda keçid balları artacaq, yoxsa azalacaq?

Bu il universitetlərə qəbulda keçid balları artacaq, yoxsa azalacaq?

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu artıq başlanıb. Abituriyentləri maraqlandıran əsas məsələlərdən biri ali təhsil müəssiəslərinə qəbul zamanı ixtisaslara görə keçid ballarının artması ilə bağlıdır.

Bu il keçid balları arta bilərmi?

Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, bu il universitetlərə qəbul zamanı keçid ballarında artım olub-olmayacağını müəyyən etmək üçün bir neçə əsas faktoru nəzərə almaq lazımdır:

“Keçid balları əsasən qəbul planı (yerlərin sayı), abituriyentlərin ümumi nəticələri və ixtisaslara olan tələbat əsasında müəyyən edilir.

İlk olaraq, qəbul planında dəyişikliklər mühüm rol oynayır. Əgər universitetlərdə tələbə qəbulu yerlərinin sayı artırılarsa, keçid balları müəyyən qədər aşağı düşə bilər. Əksinə, bəzi ixtisaslarda və universitetlərdə qəbul planı azaldılarsa, keçid ballarının artması mümkündür.

Ötən illərdə bəzi universitetlərdə yerlərin sayı artırıldığı üçün bəzi ixtisasların keçid ballarında cüzi azalmalar müşahidə olunmuşdu. 2025-ci il üçün qəbul planı hələ tam açıqlanmasa da, son illərin tendensiyasına əsasən, texniki və mühəndislik ixtisasları üzrə qəbul yerlərinin artırılması ehtimalı var.

İkinci mühüm faktor abituriyentlərin ümumi nəticələridir. Əgər bu il imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin olarsa və abituriyentlərin nəticələri aşağı düşərsə, keçid ballarında azalma müşahidə oluna bilər.

Əksinə, imtahanlar daha asan olarsa və yüksək bal toplayan abituriyentlərin sayı çox olarsa, keçid ballarının artması ehtimalı yüksəlir. Dövlət İmtahan Mərkəzi (DİM) son illərdə imtahan suallarını beynəlxalq standartlara uyğun tədricən çətinləşdirdiyi üçün bu il də bəzi fənlər üzrə mürəkkəb sualların sayının artması mümkündür”.

K.Əsədov qeyd edib ki, ixtisaslara olan tələbat da keçid ballarına təsir edir.

“Son illərdə tibb, informasiya texnologiyaları, mühəndislik və biznes sahələrinə maraq artıb. Xüsusilə Tibb Universitetinin ixtisasları üzrə keçid ballarının yüksəlməsi müşahidə olunur. Bu il də bu tendensiyanın davam etməsi gözlənilir. Eyni zamanda, bəzi humanitar ixtisaslara maraq azaldığı üçün həmin sahələrdə keçid ballarında stabil qalma və ya cüzi azalma ola bilər.

Dövlət İmtahan Mərkəzinin qəbul planına dair rəsmi açıqlamaları tam elan edildikdən sonra keçid balları ilə bağlı daha dəqiq proqnoz vermək mümkün olacaq. Lakin ümumi tendensiyalara əsasən, bəzi ixtisaslar üzrə keçid ballarının artması mümkündür, xüsusilə tibb və informasiya texnologiyaları sahələrində. Əgər qəbul planında ciddi artım olarsa və abituriyentlərin nəticələri əvvəlki illərə nisbətən aşağı olarsa, bəzi ixtisaslar üzrə keçid ballarında azalma da müşahidə edilə bilər.

Abituriyentlər qəbul planına və keçid ballarına dair son yenilikləri diqqətlə izləməli, seçdikləri ixtisas üzrə keçid ballarının əvvəlki illərdə necə dəyişdiyini araşdırmalı və imtahanlara sistemli şəkildə hazırlaşmalıdırlar”, - deyə o əlavə edib.

Təhsil eksperti Rizvan Fikrətoğlu isə Trend-ə bildirib ki, heç bir imtahan olmadan bu haqda hər hansı bir rəy vermək çətindir:

“İmtahan olar, əldə bir nəticə olar, bilinər ki, nə qədər şəxs nə qədər nəticə yığıb, onda daha yaxşı fikir bildirmək olar. Amma belə bir şey var ki, keçid ballarını aşağı salan və ya qaldıran əsas iki səbəb olur. Birincisi plan yerləridir, digər məsələ isə abituriyentlərin topladığı baldır. Hazırda plan yerləri haqqında rəy bildirə bilərəm. Plan yerləri keçən il 60 min ətrafında olduğu halda, bu il 75 minə qədər olması gözlənilir. Hələ növbəti mərhələdə, bəlkə də, bu, artırıla bilər. Ümumilikdə 15 minə yaxın plan yerlərinin artırılması çox müsbət addımdır və sevindirici haldır”.

Ekspert qeyd edib ki, ikinci bir məsələ isə keçid ballarına təsir edən test imtahanı, abituriyentlərə düşən sualın hansı dərəcədə olmasıdır.

“Biz baxsaq ki, hazırda 70 minə qədər şəxs artıq ali məktəbə sənəd vermək üçün qeydiyyatdan keçib, qeydiyyat martın 5-ə kimi davam edəcək və bu rəqəm daha çox olacaq. Belə olduğu halda, güclü rəqabətn gözlənilir. Ola bilər ki, müəyyən ixtisaslarda balların qalxması və ya enməsi prosesi baş verəcək. Biz bunu görəcəyik. Amma ümumilikdə düşünürəm ki, ümidverici fikirlər səsləndirməyə dəyər. Bu il abituriyentlər üçün uğurlu il olacaq”, - deyə o əlavə edib.

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 27 Fevral 2025 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see207

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see158

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri