Icma.az
close
up
RU
Qəbul imtahanları yaxınlaşır Keçid balları artacaq, yoxsa azalacaq...

Qəbul imtahanları yaxınlaşır Keçid balları artacaq, yoxsa azalacaq...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Universitetlərə qəbul prosesinə təsir edən bir neçə faktor var. Əsas faktorlardan biri də təbii ki, buraxılış imtahanlarının nəticələridir”.

Bu barədə Modern.az-a açıqlamasında elm və təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, builki qəbul barədə proqnoz verə bilməməyimizin səbəbi keçirilən buraxılış imtahanlarının nəticələrinin hələ açıqlanmamış olmasıdır:

“Bizə lazım olan birinci data-buraxılış imtahanlarının nəticələri hələ məlum deyil. Nə 2 mart, nə də 9 mart tarixində keçirilən imtahanların nəticələri açıqlanıb. 2 mart tarixindəki imtahanların nəticələrinin bu həftənin sonunda açıqlanacağı bildirilir. Amma hələ gözləmə mövqeyindəyik. Buraxılış imtahanının nəticələri qəbul prosesinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bəziləri buraxılış imtahanları nəticələri çıxmadan builki qəbulun necə olacağı ilə bağlı öz aləmlərində proqnoz irəli sürürlər. Mən buna sadəcə təəccüblənirəm”.

Ekspertin sözlərinə görə, ötən illərin qəbul mexanizminin bel sütununu buraxılış imtahanlarının nəticələri müəyyən etdi.

"Buraxılış imtahanları özündən sonrakı mərhələlərin aqibətini müəyyən edir. Məsələn ötən ili götürək. Ötən il buraxılış imtahanları çox yumşaq keçdi, xeyli sayda abituriyent yüksək bal topladı. 250-300 bal arasında nəticə göstərənlərin sayı rekord həddə çatdı. 300 bal toplayaraq maksimum nəticə göstərənlərin sayı 53 olmaqla heyrətləndirici rəqəmə çatdı. İnsanlar sevindilər ki, ballar çox yaxşıdır. Amma mən o zaman da demişdim ki, tələsməməliyik. Çünki qəbul prizması balans saxlamağa məcburdur. Bəllidir ki, hər il tələbə qəbulu sayı ilə bağlı müəyyən limit var. Ötən il bu 56 min idi, bu il isə 60-61 min aralığında olacaq. Yəni nə olursa olsun, universitetlərə bundan çox şəxs qəbul ola, tələbə adını qazana bilməz. Ona göörə də qəbul mexanizmi balanslaşdırmaya getməlidir. Ötən il buraxılış imtahanı asan olduğu, nəticələr yüksək olduğu üçün blok imtahanları həddindən artıq çətin oldu. Buna görə ixtisas seçimi də həddən artıq rəqabətli oldu. Şəxsən mən bu işlə praktiki məşğul olduğuma görə birbaşa şahidi oldum ki, ixtisas seçimi əvvəlki il ilə müqayisədə nə dərəcədə çətinləşib. Bu məsələlər var, ona görə də biz hələlik balların artıb azalacağı ilə bağlı nəsə deməyə tələsməyək. Bunun üçün əvvəlcə buraxılış imtahanlarını nəticələrini gözləyək, bu nəticələr birinci data kimi bizə növbəti mərhələlərin mənzərəsini aydınladşırmağa kömək edəcək. Bundan sonra biz müəyyən bir fikir irəli sürə bilərik”.

“Ümumi ehtimallar əsasında belə bir fikir bildirmək istəyirəm ki, ötən il və bu il arasında rəqabət mühiti çox az fərqli olacaq. Bu il keçən ilə nisbətdə cüzi miqdarda sadəlik olacaq. Amma bu il də keçid balları artsın, güclü rəqabət olsun, mən bunu gözləmirəm. Ən azından bizdə buraxılış imtahanları verilib, imtahan suallarının o qədər də asan olmadığı üzə çıxıb. Ötən il keçid balları müəyyən ixtisaslar üzrə qalxdı. Mümkün deyil ki, ötən il 60-70 bal qalxmış bir ixtisas bu il qalxsın. Düşünürəm ki,  qəbul balları ya olduğu kimi qalacaq, ya da nisbətən eniş olacaq”- E.Nuri qeyd edib.

Ekspertin bildirib ki, bu il də informasiya texnologiyaları əsaslı ixtisaslarda balların artacağına yüksək ehtimal verilə bilər:

“Bu dövrün tələbidir.İxtisaslar öz yerini elə-belə tapmır, onlar üçün ayrılan plan yerləri, datalar, rəqəmlər həm də danışan mənzərədir. İT əsaslı ixtisaslı əmək bazarının tələblərinə daha çox cavab verdiyi, onlara ehtiyac daha çox olduğu üçün rəqabətlilik də bu istiqamətdə artacaq. Bu I ixtisas qrupunun Rİ alt qrupundakı ixtisasların (İnformasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, proseslərin avtomatlaşdırılması) ballarının artmasını gözləyə bilərik. Azalmaya gəldikdə isə bu il də əsasən pedaqoji əsaslı ixtisaslarda keçid ballarının o qədər yüksək olmayacağını deyə bilərik. Həmçinin bu siyahıya sosiologiyanı və III ixtisas qrupunda bəzi humanitar yönümlü ixtisasları (muzeyşünaslıq, arxiv, sənətşünaslıq) əlavə edə bilərik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Aprel 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri