Bu il üzrə vergi və gömrük güzəştlərinin həcmi 7,5 mlrd. manata çatacaq
Icma.az, Apa.az saytına istinadən bildirir.
2025-ci ildə vergi və gömrük güzəştlərinin həcmi 7,5 milyard manata çatacaq.
“APA-Economics” xəbər verir ki, dövlətin iqtisadi fəallığı stimullaşdırmaq və sosial sahələrə dəstək məqsədilə təqdim etdiyi vergi və gömrük güzəştlərinin həcmi 2025-ci ildə 7 milyard 509 milyon manat proqnozlaşdırılıb.
Bu göstərici 2022-ci illə müqayisədə 2 milyard 257 milyon manat və ya 43 faiz çoxdur. Ötən illə müqayisədə isə 707,2 milyon manat və ya 10,4 faiz artım deməkdir.
Güzəştlərin ümumi məbləği – 4 milyard 395,9 milyon manat, Azadolmaların məbləği – 3 milyard 113,2 milyon manat olacaq. Beləliklə, ümumi strukturda güzəştlərin payı 58,5%, azadolmaların payı isə 41,5% təşkil edəcək. Müqayisə üçün, 2024-cü ildə güzəştlər 3 milyard 995,8 milyon manat, azadolmalar isə 2 milyard 806,1 milyon manat səviyyəsində olub. Başqa sözlə, güzəştlərin həcmi 400 milyon manat, azadolmaların həcmi isə 307 milyon manat artıb.
Güzəştlərin strukturunda əsas payı sahibkarlıq fəaliyyəti, maliyyə xidmətləri, dövlət institutları və xüsusi iqtisadi zonalar üzrə tətbiq olunan azadolmalar təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 23 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















