Icma.az
close
up
RU
Bu ilin ilk doqquz ayında TDT üzvlərinin birgə ÜDMi təqribən 1,5 trilyon dolları təşkil edib AZƏRTAC

Bu ilin ilk doqquz ayında TDT üzvlərinin birgə ÜDMi təqribən 1,5 trilyon dolları təşkil edib AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 dekabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2024-cü ilin 9 ayı üzrə buraxılışı nəşr olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırma Mərkəzinin hazırladığı rüblük hesabat Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və müşahidəçi üzvlər Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin geniş təhlilini təqdim edir. Hesabat son iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq TDT üzvlərinin iqtisadi potensialı və qlobal iqtisadiyyata təsirini qiymətləndirir.

2024-cü ilin ilk üç rübü ərzində TDT üzvlərinin birgə ÜDM-i təxminən 1,456 trilyon ABŞ dolları təşkil edib ki, bu da eyni dövrdə proqnozlaşdırılan qlobal ÜDM-in (54 trilyon ABŞ dolları) təxminən 2,7 faizinə bərabərdir. Üzv dövlətlər orta hesabla 4,5 faiz ÜDM artımı nümayiş etdirərək qlobal 3 faiz artımı üstələyiblər.

Cari ilin doqquz ayında qlobal ticarət həcmi təxminən 24,75 trilyon ABŞ dolları qiymətləndirilir. İlin sonuna bu göstəricinin 33 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu dövrdə TDT üzvlərinin (Türkmənistan və ŞKTR istisna olmaqla) ticarət dövriyyəsi 868 milyard ABŞ dolları olub ki, bu da qlobal ticarət həcminin 3,37 faizini təşkil edir. Türkmənistan Rusiya, Çin və Özbəkistan kimi əsas tərəfdaşlarla ticarət əlaqələrinə malikdir və təkcə Özbəkistanla ticarət dövriyyəsi hesabat dövründə 867,8 milyon ABŞ dollarına çatıb.

Hesabat dövründə Azərbaycan 4,7 faiz ÜDM artımı əldə edib. Sənaye sektorunda artım 1,3 faiz olub. Eyni zamanda, 4,89 milyard ABŞ dolları həcmində müsbət ticarət balansı qeydə alınıb. Azərbaycan enerji sektoruna, xüsusən bərpa olunan enerji layihələrinə investisiya yatırmaqla iqtisadiyyatını şaxələndirməyi və neft ixracından asılılığı azaltmağı hədəfləyir.

Türk dövlətləri arasında ticarət dövriyyəsinin 2024-cü ildə 45 milyard ABŞ dollarını keçəcəyi proqnozlaşdırılır ki, bu da iqtisadi əlaqələrin dərinləşdiyini və regiondaxili ticarətin inkişaf etdirilməsi istiqamətində uğurlu səyləri vurğulayır.

TDT üzv dövlətləri qlobal orta göstəricilərlə müqayisədə yüksək iqtisadi artım tempi nümayiş etdirir, kollektiv potensialdan istifadə etməklə innovasiyaları təşviq edir, iqtisadi təsirlərini artırmağı və uzunmüddətli, dayanıqlı rifah əldə etməyi hədəfləyir.

“Türk iqtisadi icmalı” TDT-yə daxil olan üzv və müşahidəçi dövlətlərin dillərində və eləcə də ingilis dilində olmaqla ənənəvi olaraq ümumilikdə 8 dildə təqdim edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri