Icma.az
close
up
RU
Aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır AZƏRTAC

Aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Xaçmaz, 21 yanvar, Elxan Yusifli, AZƏRTAC

Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar ölkənin şimal bölgəsində yerləşən rayonların seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər keçirilir. Yanvarın 19-dan başlayan treninqlər aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 57 saylı Xaçmaz şəhər seçki dairəsinin dairə seçki komissiyasında keçirilən treninqlərdə dairənin tərkibinə daxil olan 46 seçki məntəqəsinin 276 nəfər komissiya üzvünün iştirakı nəzərdə tutulur.

57 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Bəhram Ömərov bildirib ki, treninqdə MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan seçki qutusu ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir.

Seçkilərdə bu dairə üzrə 4 bələdiyyəyə 52 nəfər bələdiyyə üzvü seçiləcək. Namizədlərin sayı isə 99 nəfərdir.

Treninqlər, həmçinin şimal bölgəsində olan 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələri üzrə də təşkil edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri