Icma.az
close
up
RU
Bu ilin ilk rübündə DOST xidmətlərindən 213 min vətəndaş faydalanıb

Bu ilin ilk rübündə DOST xidmətlərindən 213 min vətəndaş faydalanıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin bu ilin mart ayında imzaladığı Fərmanla DOST Agentliyinin Nizamnaməsi və DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısının təkmilləşdirilməsi təmin edilməklə, həmin xidmətlərin sayı daha da artırılaraq 156-dan 161-ə çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında bildirilib.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən təqdim edildiyini diqqətə çatdırıb. Ötən dövrdə 3,4 milyon, o cümlədən bu ilin ilk rübündə 213 min vətəndaşın DOST xidmətlərindən faydalandığı və həmin xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi bildirilib.

Qeyd edilib ki, 2019-cu ilin may ayından DOST Agentliyi, 7 regional “DOST” mərkəzi, Şuşa DOST filialı və Ağalı kəndində “Smart DOST” məntəqəsi açılıb. DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri davam etdirilir. Naxçıvan şəhərində inşa olunan Regional DOST Mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST infrastrukturunun qurulması üçün işlər aparılır.

İclasda DOST Agentliyinin bu ilin birinci rübünə dair hesabatı təqdim olunub, həmçinin DOST mərkəzlərinin fəaliyyəti, bir sıra məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see217

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see209

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see204

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see189

Hər şey niyə bahalaşır?

25 Oktyabr 2025 13:00see181

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see164

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see157

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see146

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see136

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see134

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see133

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see132

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see131

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see131

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see130

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see129

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see127

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see121

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see121

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri