Quba Xınalıq yolunda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb FOTO
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Yanvarın 21-dən 22-nə keçən gecə Qubanın dağlıq yaşayış məntəqələrində mənfi 16 dərəcəyədək şaxta olub.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən SİA-nın bölgə müxbirinə bildirilib ki, ötən gecə rayonun Xaltan kəndində mənfi 15, 5, Qırız kəndində isə mənfi 13,5 dərəcə şaxta qeydə alınıb.
Havanın şaxtalı olması ilə əlaqədar Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti çətinləşib. Yolun bəzi hissələrinə 5 santimetrdən çox qar yağıb.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin ağır texnika ilə təmin edilən növbətçi briqadaları yola nəzarət edir.
Sahə rəisi Bilal Sultanov bildirib ki, yolların qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib.
Sahə rəisi qeyd edib ki, yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.
Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Yanvar 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















