Icma.az
close
up
RU
Bu incəsənət xadimləri hər ay 1500 manat təqaüd alacaqlar SƏRƏNCAM

Bu incəsənət xadimləri hər ay 1500 manat təqaüd alacaqlar SƏRƏNCAM

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 7-də mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdünün, incəsənət xadimlərinə isə Prezident mükafatlarının verilməsi haqqında sərəncamlar imzalayıb.

Prezidentin fərdi təqaüdü 2002-ci il iyunun 11-dən verilir. Ümummilli lider Heydər Əliyev həmin tarixdə bununla bağlı fərman imzalayıb. Təqaüd Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilib. Bu təqaüd mədəniyyət, ədəbiyyat, elm, təhsil və digər sahələrdə xüsusi xidmətləri olmuş şəxslərə ömürlük verilir.

2026-cı il üçün Prezidentin fərdi təqaüdünün aylıq məbləği 1500 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, Prezidentin fərdi təqaüdü plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir.

İncəsənət xadimlərinə verilən Prezident mükafatının məbləği isə ayda 500 manat təşkil edir. Bu mükafat 1 il müddətinə verilir və əsasən incəsənət, mədəniyyət xadimlərinə, o cümlədən Xalq artistləri və Əməkdar incəsənət xadimlərinə şamil olunur. Bu gün adları Prezident mükafatçıları siyahısına düşən sənətçilər 150 nəfərdir. Eyni şəxs yalnız 3 il ardıcıl şəkildə mükafat ala bilər. “Xalq artisti” və “Əməkdar incəsənət xadimi” fəxri adlarını almış şəxslərə, habelə yaradıcı kollektivlərin rəhbərlərinə mükafat hər il verilə bilər.

Mükafatın verilməsi barədə vəsatət mükafata təqdim edilən şəxsin işlədiyi əmək kollektivi tərəfindən Mədəniyyət Nazirliyi qarşısında qaldırılır. Təqdimolunma sənədlərində ötən mövsümün yaradıcılıq nailiyyətləri ətraflı şəkildə göstərilir. Qeyd edək ki, dövlət başçısının mayın 7-də imzaladığı sərəncamla 11 nəfərə Prezidentin fərdi təqaüdü ayırılıb. Bunlar aşağıdakılardır:

Abbasov Adil Möhsün oğlu

Bağırova Sənubər Yusufovna

Həkimova Svetlana Calal qızı

Hüseynov Rövşən Maqsud oğlu

Mehdiyev Cahangir Yaqub oğlu

Məlik-Aslanov Ramiz Lütfəli oğlu

Məmmədov Alim Tahir oğlu

Məmmədova Rimma Şahbabayevna

Mustafayev Mustafa Şura oğlu

Nəsirova Hicran Fətəli qızı

Rəhimova Adilə Teymurovna.

İncəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqqında sərəncam isə 150 nəfərə şamil olunub.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 May 2026 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri