Icma.az
close
up
RU
“Sabah” “Barselona”nı belə zərərsizləşdirə bilər Rüştü

“Sabah” “Barselona”nı belə zərərsizləşdirə bilər Rüştü

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük komandalarla eyni arenada mübarizə aparmaq Azərbaycan futbolunun inkişafına töhfə verir. Belə qarşılaşmalarda müsbət və mənfi məqamlar düzgün təhlil olunmalı, əldə edilən təcrübə növbəti oyunlarda nəzərə alınmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Türkiyə millisinin və “Barselona”nın keçmiş qapıçısı Rüştü Rəcbər Çempionlar Liqasının V turunda bu gün Bakıda “Sabah”la Kataloniya klubu arasında keçiriləcək oyunla bağlı danışarkən deyib.

Veteran qolkiper bildirib ki, bu cür rəqiblərlə qarşılaşmaq həm klubun nüfuzu, həm də futbolçuların öz səviyyələrini qiymətləndirməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Belə böyük komandalarla oynamaq klub üçün böyük prestijdir. Eyni zamanda, futbolçuların öz səviyyələrini görməsi və inkişaf etməsi baxımından mühüm meyardır. Nəticə etibarilə, bu, böyük təcrübədir. Əsas qazanc isə belə oyunlarda yaxşı və zəif tərəfləri təhlil edərək onları gələcək qarşılaşmalarda yol xəritəsi kimi istifadə etməkdir. Hər bir futbolçu karyerası ərzində böyük oyunlarda iştirak edir. Lakin böyük klublara qarşı keçirilən matçlar onlara daha çox şey öyrədir”.

Rüştü Rəcbər “Barselona” ilə qarşılaşmada “Sabah”ın şanslarını da dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan təmsilçisi rəqibin sürətli oyununa qarşı düzgün müdafiə olunmalı və matç ərzində mübarizə əzmini itirməməlidir:

“Əlbəttə, baş məşqçi bu oyunla bağlı təhlillər aparıb, hazırlıq işləri görüb. Ancaq hamımız bilirik ki, “Barselona” dar sahələrdə də oynamağı bacaran, meydanın hər hissəsində keyfiyyətli futbolçulara malik komandadır.

“Sabah” topu itirdiyi zonalarda boşluqları bağlayaraq müdafiə oluna və “Barselona”nın sürətli oyununa çevik şəkildə cavab verə bilsə, rəqibi müəyyən qədər zərərsizləşdirə bilər. Söhbət fərdi keyfiyyətləri və böyük istedadı olan ulduz futbolçulara malik “Barselona”dan gedir. Belə komandalarla mübarizə aparmaq asan deyil. Lakin ilk növbədə, matç ərzində rəqibə qarşı müqavimət göstərə biləcəyinizi nümayiş etdirməlisiniz. Heç vaxt oyundan qopmamaq da çox vacibdir.

Təbii ki, belə rəqiblərlə oyunlarda qol buraxmaq ehtimalı həmişə var. Əsas məsələ qol buraxdıqdan sonra mübarizə əzmini itirməməkdir. “Sabah” bunu bacararsa, qarşılaşmadan istədiyi nəticəni əldə etmək şansı yüksək olacaq”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Noyabr 2026 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see369

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see285

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see274

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see261

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see259

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see245

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see236

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see236

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see232

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see232

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see224

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see224

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see223

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see212

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see211

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see202

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see200

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri